09:02 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20020

Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçirərək, orduya dəstək nümayiş etdiriblər

BAKI, 6 apr — Sputnik. Bu gün Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, əsgərə dəstək nümayiş etdirən rayon sakinləri — sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.

"Gördüyünüz kimi, aksiyaya Qarabağ və Əfqanıstan müharibəsi veteranları, eyni zamanda şəhərin özündən və kəndlərdən gələn çoxlu sayda vətənpərvər insanımız qatılıb. Bizim məqsədimiz ordumuzdakı ruh yüksəkliyinin qorunub saxlanmasına, əhalimizdə qələbə əzminin yaşamasına dəstək vermək, habelə hər zaman Ali Baş Komandanın əmrinə hazır olduğumuzu sübut etməkdir. Biz bu əmri gözləyirik".

  • Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib
    Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib
    © Sputnik / Hikmet Orhun
  • Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər
    Sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər
    © Sputnik / Hikmet Orhun
  • İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər
    İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını bəyan ediblər
    © Sputnik / Hikmet Orhun
  • Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib
    Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib
    © Sputnik / Hikmet Orhun
  • Gənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər
    Gənclər zaman əsgərimizə dəstək olacaqlarını bildiriblər
    © Sputnik / Hikmet Orhun
1 / 5
© Sputnik / Hikmet Orhun
Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib

Bunu Sputnik-ə aksiyada iştirak edən, ehtiyatda olan baş leytenant, 4 ay qabaq Qarabağ cəbhəsindəki atışmada yaralanan Kamil Musavi deyib. O, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazaxda da insanların ruh yüksəkliyi içərisində olduqlarını, ordumuza güvəndiklərini və könüllü əsgər olmağa hazır olduqlarını qeyd edib.

Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib. İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını və hər zaman əsgərimizə dəstək olacaqlarını bəyan ediblər.

Əlaqədar

Gəncədə orduya dəstək aksiyası keçirilib
Svante Kornell: Azərbaycan Ordusu öz hərbi qabiliyyətini sübut etdi
Tərtər könüllüləri döyüşə getməyə hazırdırlar
Tələbələrdən Azərbaycan əsgərinə dəstək
Şəhid əsgərlərdən daha birinin adı açıqlandı
Teqlər:
dəstək, Qazax, cəbhə, ordu, aksiya

Əsas mövzular