22:59 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
391 0 0

Ekspert: "Kimə və necə gəldi, kreditləri paylayıblar, indi də yığa bilmirlər və itkilərini yüksək faizlə örtmək istəyirlər"

BAKI, 6 apr — Sputnik. "Aşağı faizlə əhaliyə kreditlərin verilməsi üçün bank sistemini sağlamlaşdırmaq lazımdır. Çünki, bankların problemləri çoxdur".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bunu Sputnik-ə açıqlamasında bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Problemli kreditlərin çox olduğunu deyən ekspertin sözlərinə görə, kimə və necə gəldi, kreditləri paylayıblar, indi də yığa bilmirlər və itkilərini yüksək faizlə örtmək istəyirlər.

"Banklar əmanətçilərdən aşağı faizlə pulu cəlb edirdi. Bir hissəsini bank sahibləri öz şirkətlərinə aşağı faizlə kredit kimi verirdi və yaxud o kreditlər heç qayıtmırdı. Amma digərlərinə isə yüksək faizlə verirdilər ki, həmin xərclərini bağlasınlar. İndi də o proses davam edir", —deyə maliyyəçi bildirib.

Onun dediyinə görə, bank sistemimiz qeyri-sağlamdır və nəzarət aşağı səviyyədədir: "İndi hətta deyərdim ki, bank nəzarəti yoxdur. Çünki, Mərkəzi Bankdan bank nəzarəti səlahiyyəti alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. O da hələ tam fəaliyyətə başlamayıb. Orada hələ təyinatlar gedir".

Ə. Həsənov qeyd edib ki, yüksək faiz olmasının digər səbəbi — ölkə qanunvericiliyinin ümumiyyətlə, faiz məsələlərini tənzimləmədiyi ilə bağlıdır: "Məsəl üçün, Avropa dövlətlərinin çoxunda ən azı istehlak kreditləri üzrə müəyyən faiz məhdudiyyətləri var. Bizdə yoxdur. Ona görə də banklar nə istəyirlər edirlər. Bankların aşağı faizlə kreditlər verməsi ehtimalı yoxdur".

Əlaqədar

Kredit borclarının törətdiyi dəhşətlər
Dollar kreditləri ilə bağlı Prezidentə müraciət edildi
Problemli kreditlərin həcmi 13% azalıb
Problemli kreditlərlə bağlı qərar qəbul oluna bilər
Kreditlərin manata keçirilməsi, manatla əmanətlərin də indeksasiyası mümkündür
Teqlər:
ödəniş, Əkrəm Həsənov, faiz, kredit, bank

Əsas mövzular