07:17 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
7811

Gənclər təşkil olunan yürüş-aksiya ilə cəbhədə qazanılan qələbələrdə müstəsna rol oynayan və düşmənə sarsıdıcı zərbələr endirən ordumuzun yanında olduqlarını bəyan ediblər

BAKI, 5 apr — Sputnik. Bu gün Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, əksəriyyətini ali və orta ixtixsas təhsili müəssisələrinin tələbələri təşkil edən aksiyaçılara sadə şəhər sakinləri də qoşulublar. Onlar bununla erməni təxribatına qarşı cəsarətlə vuruşan Azərbaycan əsgərinin arxasında olduqlarını nümayiş etdiriblər.

Bayraq meydanında yeni salınan bulvar kompleksi boyu yürüş edənlər şəhid olan hərbiçilərimizin, mülki şəxslərin ruhunu yad ediblər. Meydanda toplaşaraq, bir ağızdan dövlət himnimizi səsləndirən və əllərində 3 rəngli bayraqlarımızı dalğalandıran gənclər "Qarabağ bizimdir, bizim olacaq!", "Ar olsun erməniyə", "Yaşasın Azərbaycan!" kimi şüarlar səsləndiriblər.

Gənclər təşkil olunan yürüş-aksiya ilə cəbhədə qazanılan qələbələrdə müstəsna rol oynayan və düşmənə sarsıdıcı zərbələr endirən ordumuzun yanında olduqlarını bəyan ediblər.

Əlaqədar

Bu savaşdan kim nə qazandı?
Həmsədrlər aprelin 9-da Ermənistanda olacaqlar
Tərtər növbəti dəfə düşmən atəşinə məruz qalıb
Azərbaycan prezidenti yaralı hərbçiləri ziyarət edib
Deputat şəhidin yas mərasimində iştirak edib
Teqlər:
yürüş, dəstək, Gəncə, ordu, aksiya

Əsas mövzular