CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nənəmin ölümünə hazırlaşarkən elə bir hadisə baş verdi ki..."

© Sputnik / Irade CelilNigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə
Nigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə - Sputnik Azərbaycan
Abunə olmaq
"Keyimişdim, heç nə hiss etmirdim. Həmişə düşünürdüm ki, atam-anam hər zaman yanımda olacaq. Ölüm nədir? O, mənə yaxın dura bilməz. Amma oldu"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. "Qapı açılmırdı. Ata! Ata! Ataaa… qışqırırdım. Səsim bütün həyəti başına almışdı. Ayhan qapını sındırdı. Atam üzüüstə düşmüşdü. Rəngi göyərmişdi", —deyir 35 yaşlı Nigar Ağaliyeva.

Sonra davam edir: "Mən ölümün nə olduğunu bilmirdim. Ölü görməmişdim. Atama sarılıb qışqırırıdım ki, ayılsın. Ayhan nəbzini tutdu və bizi geri çəkdi. Dedi, "atan ölüb". Bütün dünya gözlərimdə qaralmışdı. Ataaaaaaa, Ataaaaa! Atam məni eşitmirdi. Diz çökmüşdüm. Var gücümlə qışqırırdım — Ataaa"…

Gənc rəssam Ceyhun Ənvərzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Heyrətamiz gənc rəssam: sağlamlığına qovuşmaq istəmir

Sonra atasının meyitini otaqdan çıxarıb yumağa aparıblar: "Keyimişdim, heç nə hiss etmirdim. Həmişə düşünürdüm ki, atam-anam hər zaman yanımda olacaq. Ölüm nədir? O, mənə yaxın dura bilməz. Amma oldu. Atam öldü, mənə ən yaxın adam öldü. Sakit idi, kimsəylə işi olmazdı. Ayhanı da çox istəyirdi. Deyirdi, mənim oğlumdur Ayhan. Ayhan da atama oğulluq etmişdi. Məzara da atamı Ayhan qoydu".

© Sputnik / Irade CelilNigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə.
Nigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə - Sputnik Azərbaycan
1/10
Nigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə.
© Sputnik / Irade CelilAyhan və Nigar övladları ilə.
Ayhan və Nigar övladları ilə - Sputnik Azərbaycan
2/10
Ayhan və Nigar övladları ilə.
© Sputnik / Irade CelilNigar xanım: atam öləndən sonra onsuz da sevdiyim Ayhana bütün varlığımla bağlandım.
Nigar xanım: atam öləndən sonra onsuz da sevdiyim Ayhana bütün varlığımla bağlandım - Sputnik Azərbaycan
3/10
Nigar xanım: atam öləndən sonra onsuz da sevdiyim Ayhana bütün varlığımla bağlandım.
© Sputnik / Irade CelilAhyan və Nigarın toyu.
Ahyan və Nigarın toyu - Sputnik Azərbaycan
4/10
Ahyan və Nigarın toyu.
© Sputnik / Irade CelilNigar xanım övladları ilə.
Nigar xanım övladları ilə - Sputnik Azərbaycan
5/10
Nigar xanım övladları ilə.
© Sputnik / Irade CelilAilənin sonbeşiyi.
Ailənin sonbeşiyi - Sputnik Azərbaycan
6/10
Ailənin sonbeşiyi.
© Sputnik / Irade CelilNigar xanım ailənin sonbeşiyi ilə.
Nigar xanım ailənin sonbeşiyi ilə - Sputnik Azərbaycan
7/10
Nigar xanım ailənin sonbeşiyi ilə.
© Sputnik / Irade CelilNigar xanım övladları ilə.
Nigar xanım övladları ilə - Sputnik Azərbaycan
8/10
Nigar xanım övladları ilə.
© Sputnik / Irade CelilNigar həm qayğıkeş ana, həm də sədaqətli həyat yoldaşıdır.
Nigar həm qayğıkeş ana, həm də sədaqətli həyat yoldaşıdır - Sputnik Azərbaycan
9/10
Nigar həm qayğıkeş ana, həm də sədaqətli həyat yoldaşıdır.
© Sputnik / Irade CelilAyhanla Nigar 2005-ci ildə tanış olmuşdular. Ayhan Nigarın işlədiyi şirkətin rəhbəri olub.
Ayhanla Nigar 2005-ci ildə tanış olmuşdular.  Ayhan Nigarın işlədiyi şirkətin rəhbəri olub - Sputnik Azərbaycan
10/10
Ayhanla Nigar 2005-ci ildə tanış olmuşdular. Ayhan Nigarın işlədiyi şirkətin rəhbəri olub.
1/10
Nigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə.
2/10
Ayhan və Nigar övladları ilə.
3/10
Nigar xanım: atam öləndən sonra onsuz da sevdiyim Ayhana bütün varlığımla bağlandım.
4/10
Ahyan və Nigarın toyu.
5/10
Nigar xanım övladları ilə.
6/10
Ailənin sonbeşiyi.
7/10
Nigar xanım ailənin sonbeşiyi ilə.
8/10
Nigar xanım övladları ilə.
9/10
Nigar həm qayğıkeş ana, həm də sədaqətli həyat yoldaşıdır.
10/10
Ayhanla Nigar 2005-ci ildə tanış olmuşdular. Ayhan Nigarın işlədiyi şirkətin rəhbəri olub.

Ayhanla Nigar 2005-ci ildə tanış olmuşdular. Ayhan Nigarın işlədiyi şirkətin rəhbəriydi: "Əvvəlcə müdirimiz başqa adam idi. Sonra Ayhan təyin edildi. Çox incidirdi məni işdə. Xoşum gəlmirdi ondan. Hətta məni incitməyinin səbəbini də soruşurdum. Amma zaman keçdi. Ayhanın mənə qarşı münasibəti dəyişməyə başladı. Göz-gözə gəlməyə qorxurdum. Ürəyim əsirdi. Qəribə bir həyacan bürüyürdü bədənimi. Bir gün mənə məni sevdyini dedi. Bu, tamam başqa hiss idi".

Nigar danışır ki, Ayhan sözünün üstündə duran adam olub. Nigarın anası onun türk ilə ailə qurmasına narazı olsa da, Ayhanla Nigar öz sevgiləri uğrunda mübarizə aparıblar. Heç biri geri çəkilməyib.

"Anam deyirdi ki, "mən səni türkə vermərəm, bitir bu münasibəti". Mənim isə ağlım yerində deyildi. Nə düşündüyümü, nə etdiyimi bilmirdim. Səhərə qədər telefonla danışıb ağlayırdıq. Qorxurduq ki, qovuşmarıq", —danışır Nigar.

O, bakılı qızıdır: "Ailəmin adına heç bir hərəkətimlə ləkə gətirməyi düşünmürdüm. Çünki mənim bir artıq hərəkətim ailəmi pis vəziyyətə salardı. Ayhan hər zaman deyirdi ki, "gün doğmadan nələr doğar, səbr et". Mən də ona qulaq asırdım. Və biz 2006-cı ildə evləndik".

Nigar danışır ki, Ayhanla ailə həyatı qurandan sonra 3 il kirayə yaşayıblar. Sonra Ayhan Ramanı qəsəbəsində torpaq alaraq ev tikdirməyə başlayıb: "Mən Ayhanı gözəl xasiyyəti olduğuna görə sevirdim. Ayhanın varı-dövləti yox idi. Amma çox gözəl ürəyi var idi. Ailəm də onu sevməyə başlamışdı. Ən çox da atam".

Atasının ölümündən bir neçə gün qabaq Nigarın nənəsi onlara gəlir: "Anam nənəmi (öz anasını) gətirdi ki, xəstədir, qoy son günlərində ona mən baxım. Atam da həyəti səhmana salırdı ki, nənə xəstədir, nəsə olar. Heç kim gözləmirdi ki, nənədən qabaq atam ölər. Həyətdə eyvanı düzəldirdi. Divarın dibinə çökdü. Yaxınlaşdım: Ay atam, nə oldu. Dedi, "heç, başım gicəlləndi, keçər. Evə çağırdım, çay verdim. Bizdə bir soba var idi. Hər zaman kürəklərini ona söykəyərdi. Deyərdi, kürəklərim donur. Həkimə də getməmişdi. Ölümündən iki gün qabaq mənə dedi ki, "mədəm yaman ağrıyır, mənə kəsmik al". Dedim, "ata, sabah alaram". O sabah atam öldü. Ayhan təkcə mənə deyil, bütün ailəmə sahib çıxdı. Bəlkə Ayhan olmasaydı, mən də ölərdim".

Bu məqamda Ayhan da söhbətə qoşulur. Deyir ki, Nigarı hər şeydən, hər kəsdən çox sevir: "İnsan birini sevdisə, gözü başqasını görmür. Mənim də gözüm Nigardan başqasını görmür. 10 ildir, evliyik, 3 övladımız var. Amma ilk günkü kimi sevirəm Nigarı. Əvvəllər Nigarın anası bizim ailə qurmağımızı istəmirdi. Amma sonra razılaşdı. Mən dözdüm, geri çəkilmədim və qovuşdum sevgimə".

Ayhan Azərbaycan qızlarının sədaqətli, qayğıkeş, insana dəyər verən olduqlarını deyir: "Buna görə də hər şeyin ən gözəlinə layiqdirlər. Azərbaycan qızlarının mətbəx qabiliyyətləri də çox gözəldir. Nigar gözəl yeməklər bişirir. Mən heç vaxt kənarda yemək yemərəm. Günortalar da yeməyimi gəlib evdə yeyib, işə qayıdıram. Nigar mənim dünyamdır. Bütün varlığımla sevdiyim qadınımdır".

Nigar: "Atam öləndən sonra onsuz da sevdiyim Ayhana bütün varlığımla bağlandım. Köçüb getdik İstanbula. Bir müddət orada qaldıq. Ayhan işləyir, ailəmizə yaxşı baxırdı. İstanbulda yaxınlarım üçün darıxsam da, dərdlərimi burada unutmağa çalışırdım. Atam öləndən sonra oğlum dünyaya gəldi. Atamın adını verdim — Seyfulla. Bütün mehrimi ona salmışdım. Çox gec ayağa qalxdım. Hər şad gündə, ev alanda, köçəndə, hər qonaqlıqda deyirəm ki, "kaş atam sağ olaydı, bu günümü görəydi". Amma hər şey Allahın əlindədir. Mənim xoşbəxt ailəm — sevimli həyat yoldaşım, üç övladım var. Onlar böyüyür, amma içimdəki dərd sağalmır".

İlqar Yusifzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xanımı Suriyaya qaçan kişinin gözyaşardıcı həyat hekayəsi

Xanım həmsöhbətimiz danışdıqca ağlayır. Göz yaşları süzülür yanaqlarına, boynuna. Dərdini yadına saldığım üçün özümü qınayıram da. Amma sonra Ayhan gəlib könlünü bircə kəlmə şirin sözlə, sevgi dolu bir baxışla ala bilir.

Atasının ölümündən 7 il keçməsinə baxmayaraq, N. Ağaliyeva onu bu gün də xatırlayanda ağlayır. Deyir ki, oğluna baxanda bir az sakitləşir.

Talelər müxtəlifdir, insanlar kimi… Kimi xoşbəxtdir, kimi xoşbəxtliyə can atır, kimi xoşbəxtliyin nə olduğunu bilmir. Hər an daha yaxşısını əldə etməyə can atdıqca ömrün qısaldığını, azaldığını unuduruq, oysa əlimizdəkilərə qane olsaq, həyatı olduğu kimi yaşamağa çalışsaq, axarına buraxsaq… Onsuz da həyat Onun yazdığı kimi davam edir. Bizim arzularımızdan kənar.

Bu dəfə sizə xoşbəxt bir ailəni tanıtdıq — Nigar Ağaliyevanın ailəsini. Daha fərqli insanları, fərqli həyatları tanımaq üçün bizi izləməkdən vaz keçməyin…

Xəbər lenti
0