CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reklam xarakterli SMS-lər abunəçiləri cana yığıb

Abunə olmaq
Paytaxt sakini: "SMS-lər gəlməsin deyə, ya telefonu söndürür, ya da deaktiv edirəm. Yenə mümkün olmur, SMS yağışı davam edir. Hirsimdən telefonu kənara atıram"

BAKI, 31 mart — Sputnik. Mobil telefonlara gələn müxtəlif məzmunlu SMS-lər insanları bezdirir, narahat edir. İstehlakçının icazəsi olmadan reklam xarakterli SMS-lər telefona göndərilə bilərmi?

Haker - Sputnik Azərbaycan
Mobil operatorun milyonlarla abunəçisinin məlumatları oğurlandı

"Evdə oturub istirahət edirəm. Telefonuma dalbadal 2-3 dəqiqə fasilə ilə SMS-lər gəlir. Hər dəfə telefonuma baxanda bezirəm, yoruluram. Axı, nə qədər mesaj gələr?!".

Bunu Sputnik-ə müraciət edən paytaxt sakini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, SMS-lər gəlməsin deyə, ya telefonu söndürür, ya da deaktiv edir: "Yenə mümkün olmur, SMS yağışı davam edir. Əsəbləşirəm, istirahətimin pozulmasına baxmayaraq mobil rabitə operatoruna bunun qarşısını almaq üçün zəng edirəm. Avtomatik qaydada cavablar verilir və sonra xəttə gözləyin deyilir. Nə qədər gözləsəm də cavab verən olmur".

"Hətta etdiyim bu zənglərə görə də kontur çıxılır. Hirsimdən telefonu kənara atıram. İnsan fikirləşir ki, belə bezməkdənsə, telefon işlətməmək daha yaxşı olar", —deyir şikayətçi.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, reklam xarakterli SMS-lərin istehlakçıların razılığı olmadan telefonlara gəlməsi istehlakçı hüquqlarının pozulmasıdır: "Mobil operatorlar ilə istehlakçılar arasında bağlanan müqavilədə belə bir bənd yoxdur ki, mən icazə verirəm, telefon nömrəmi kimlərəsə (biznes qurumlarına və s.) ver. Bu, hüquqların pozulmasıdır. Çox təəssüf ki, belə hallarda mobil rabitə operatorları deyirlər ki, bunun səbəbkarı biz deyilik. Başqa şikətlərdir, MMC-lərdir".

Ekspert bildirib ki, həmin MMC-lər mobil operatorlarla müqavilə bağlayırlar və operatorlar oradan müəyyən gəlir əldə edirlər: "Bunlar bizim telefon nömrələrimizi verirlər həmin o MMC-lərə. Bu, anormal bir haldır, istehlakçı hüquqlarının pozulmasıdır. Qanunvericilikdə bununla bağlı boşluqlar var".

Xəbər lenti
0