22:15 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
164810

Əsl problem isə hava soyuduqda baş verir. Yəni aşağı temperaturda çiçəklər zərər görür və nəticədə məhsuldarlıq aşağı düşür. Bəzən isə təbiətin şıltaqlığı, isti və soyuğun bir-birini əvəzləməsi necə deyərlər, ağacları aldadır.

BAKI, 30 mart — Sputnik. Yaz gəlsə də, havalar hələ də soyuqdur. Hətta bəzi dağlıq və dağətəyi bölgələrdə qar yağıb. Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub.

Ancaq sonradan temperaturun aşağı düşməsi həmin ağaclara mənfi təsir göstərib. Son günlərin ara-sıra yağıntılı keçməsi isə məhsul artımını azalda bilir.

Hər şeyin öz vaxtı, öz vədəsi… Elə ağacların çiçək açması da zamanında baş verəndə nəticəsi müsbət olur. Bəzən isə təbiətin şıltaqlığı, isti və soyuğun bir-birini əvəzləməsi necə deyərlər, ağacları aldadır. Yəni yayda bar verən ağaclar havanın isinməsinə aldanıb, çiçək açır.

Əsl problem isə hava soyuduqda baş verir. Yəni aşağı temperaturda çiçəklər zərər görür və nəticədə məhsuldarlıq aşağı düşür. Bu kimi halların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi mütləqdir.

Çiçək açmış zoğal ağacı
© Sputnik / Shahperi Abbasova
Çiçək açmış zoğal ağacı

Aqranom Qurban Abbasovun sözlərinə görə, çiçəklərə keçən ildən qalmış bitki qalıqlarından tüstü verilərsə, problem qismən də olsa, aradan qalxar. Aqranom Sputnik-ə açıqlamasında onu da qeyd etdi ki, ümumiyyətlə ağaclara qulluğun ilboyu aparılması lazımdır.

"Bunun üçün bağbanlar qulluq qaydalarını düzgün yerinə yetirməlidirlər. Əks təqdirdə təbiətin gözlənilməz şıltaqlığı məhsuldarlığın azalması ilə yanaşı, ağacın qurumasına səbəb ola bilər", —deyir aqronom.

Hava şəraitinin belə davam etməsi isə, alça, ərik, şaftalı, armud kimi meyvələrin bazarda kasad, qiymətinin isə baha olacağını deməyə əsas verir.

Əlaqədar

Təbiətin ağ ciyərlərini belə məhv edirlər
Səhrada cənnət: burada insan təbiəti idarə edir
Gecə təbiət möcüzəsi baş verdi
Teqlər:
məhsuldarlıq, təbiət, iqlim, ağac, hava

Əsas mövzular