13:44 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Lənkəran yolunda qəzaya uğramış Samara

Toyuna 1 ay qalmış sürətin qurbanı oldu

© Sputnik /
CƏMİYYƏT
Qısa URL
102401

Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKI, 27 mart-Sputnik. Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə martın 25-də Lənkəran-Lerik yolunun 2-ci km-də Darquba kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhəri, Heydər Əliyev prospekti 73 saylı ünvanda yaşayan 23 yaşlı Nəriman Məmmədlinin idarə etdiyi VAZ21015 markalı, 42 BS 753 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğu zaman idarəetməni itirərək yol kənarındakı iri gövdəli iki ağaca və beton maneəyə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidlərinin bildirdiklərinə görə, yüksək sürətlə idarə olunan avtomaşın qarşısında hərəkət edən Vaz 2107 markalı avtomobili ötmək istəyib. VAZ 21015-in sürücüsü düzgün manevr edə bilmədiyindən əsas yoldan çıxıb və ardıcıl olaraq üç dəfə zərbə alıb. Hadisə yerində dünyasını dəyişən sürücü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

  • Lənkəran yolunda qəzaya uğramış Samara
    Lənkəran yolunda qəzaya uğramış "Samara"
    © Sputnik /
  • Lənkəran yolunda qəzaya uğramış Samara
    Lənkəran yolunda qəzaya uğramış "Samara"
    © Sputnik /
  • Lənkəran yolunda qəzaya uğramış Samara
    Lənkəran yolunda qəzaya uğramış "Samara"
    © Sputnik /
  • Lənkəran yolunda qəzaya uğramış Samara
    Lənkəran yolunda qəzaya uğramış "Samara"
    © Sputnik /
1 / 4
© Sputnik /
Lənkəran yolunda qəzaya uğramış "Samara"

Qeyd edək ki, dünyasını dəyişən Nəriman Məmmədlinin təxminən bir ay sonra toyu olacaqdı. Qəzanın əsl səbəbi aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən ediləcək. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Əlaqədar

Ucarda "əsrin qəzası": "Zaporojes" "İnfiniti"ni əzdi
Quba yolunda baş verən qəzada iki nəfər ölüb
Paytaxtda dəhşətli qəza: 14 nəfər xəsarət alıb
Bakıda qəza törədən avtobus sürücüsü tutuldu
Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsü axtarışa verildi
Teqlər:
Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya, Lənkəran-Lerik yolu, Darquba, Vaz 21015, Lənkəran, Vaz 2107

Əsas mövzular