18:57 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Xoruz döyüşü

Azərbaycanda qeyri-adi mərc: meydan qana boyanmalıdır

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
166161

Rinqə çıxanadək "döyüşçü"lər onlar üçün düzəldilmiş xüsusi qutularda saxlanılır. Xoruzların rinqdən əvvəl vuruşmaması üçün onlara ayrı-ayrı yer verilir.

Şahpəri ABBASOVA, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Novruzun atributlarından biri də Xoruz döyüşüdür. "Heyratı", "Daş pipik", "Badam pipik" və "Yaponka" Azərbaycan geniş yayılmış xoruz növlərindəndir. Gördüyünüz bu kadrlar Zaqatala rayonunun Əliabad kəndində lentə alınıb.

Uzun illər xoruz döyüşdürən Hacı dayının sözlərinə görə "Xoruz döyüşlərində fırıldaq da çox olur: "Çox zaman illik xoruzu çolpa adıyla döyüşdürürlər. Lakin başı çıxan adam xoruzun tükünə baxan kimi illik xoruzu tanıyır".

"İllik xoruzun tükü parıltılı, çolpanın tükü isə bulanıq olur. Mənim özüm də dəfələrlə aldatmalı olmuşam. Güclü bir xoruzum vardı. Heç kim qorxusundan öz xoruzunu onunla döyüşdürmək istəmirdi. Mən də məcbur qalıb, onu qadınların saç boyası ilə rəngləmişdim" — deyə Hacı dayı gülərək bildirir.

Novruz bayramı ərəfəsində xoruz həvəskarları xoruzlarını döyüşdürmək üçün kənddə meydana toplaşırlar. Döyüş "meydan" deyilən məkanda təşkil edilir. "Meydan" deyilən yer əslində bazarın bir hissəsidir. Rinqə çıxanadək "döyüşçü"lər onlar üçün düzəldilmiş xüsusi qutularda saxlanılır. Xoruzların rinqdən əvvəl vuruşmaması üçün onlara ayrı-ayrı yer verilir.

Deyilənə görə, döyüşçü xoruzlar banlamağa başlayandan onları ayrı-ayrı yerlərdə saxlamaq lazımdır. Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.

Hacı dayı onu da qeyd etdi ki, əslində xoruz döyüşdürmək sadəcə xəstəlikdir: "Azarkeşiyik, döyüşdürüb başımızı qatırıq. Döyüşlərdə pul da olur. Əvvəlcədən razılaşıb, yüz-iki yüz manatdan döyüşdürürük".

Onun sözlərinə görə, pulun məbləği xoruza görə dəyişir: "Yaxşı xoruzdursa, məbləğ min manata qədər, bəzən daha çox qalxır. Hətta həmin vaxt bir nəfər "xoruzun birini "Jiquli"yə dəyişərəm" dedi. Xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər".

Nəzərinizə çatdıraq ki, bu yarış təkcə Azərbaycanda yox, Türkiyədə, İranda, Gürcüstanda və İndoneziyada da keçirilir. Amma bu döyüşlərin keçirilməsi qanunla qadağandır. Hətta Sovet dövründə də Azərbaycanda bu yarışın keçirilməsi qadağan olunmuşdu. Amma insanlar bu yarışı gizlində də olsa keçirirdilər.

Əlaqədar

Artıq mərc oyunlarına yeni qurum nəzarət edəcək
İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq
Teqlər:
Zaqatala, mərc, xoruz döyüşü, Novruz, oyun

Əsas mövzular