11:08 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Qüdrət Həsənquliyev

"Xalqı hökumətdən narazı salan ən ciddi problemlərdən biri məhkəmə ədalətsizliyidir"

© Foto : APA
CƏMİYYƏT
Qısa URL
45 0 0

Qüdrət Həsənquliyev: "Bir kasıbın, yetimin barəsində məhkəmə qətnaməsi qüvvəyə minən kimi, dərhal icraya yönəldiyi halda, başqa hallarda heç bir tədbir görülmür. Bu sahədə də qanunvericiliyi təkmilləşdirmək lazımdır"

BAKI, 15 mart — Sputnik. "Son vaxtlar dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanda da müəyyən iqtisadi çətinliklər yaranıb. Hökumət bu çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atır. Bu, təqdirəlayiqdir. Amma həmişə demişəm ki, islahatlar kompleks xarakter daşımayacaqsa, gözlədiyimiz nəticələri ala bilməyəcəyik".

Sputnik xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. O bildirib ki, Azərbaycanda hazırda ən problemli sahələrdən biri məhkəmə və ədliyyə sistemi ilə bağlı məsələdir: "Azərbaycana investisiya qoyulması üçün insanlar əmin olmalıdırlar ki, onların qoyduğu investisiya, mülkiyyətləri ciddi şəkildə dövlət tərəfindən qanunla qorunur. Amma biz görürük ki, bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış məhkəmə icraçıları dərhal bunu icra etməyə başlayırlar. Məsələn, "Gündəm xəbər" qəzetinin baş redaktoru ilə bağlı Ali Məhkəmədə qərar qüvvəyə minən kimi, belə bir qərar qəbul olunub ki, guya o, vergi borclarını ödəmir. Hətta vergi borcunun necə hesablanmasının ədalətli olub-olmamasını bir kənara qoyuram. Bu adam başlayır borcu da ödəməyə. Amma artıq onun yəqin sabah, ya birisigün işinə baxılacaq məhkəmədə. Mətbuatda oxudum. Prokurorluq da 4 il iş istəyib. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnaməsi qüvvəyə minən kimi, dərhal icraya yönəldiyi halda, amma başqa hallarda isə heç bir tədbir görülmür. Bu, bir nümunədir".

Deputatın sözlərinə görə, xalqı hökumətdən, Prezidentdən narazı salan ən ciddi sahələrdən biri bu cür ədalətsizliklərdir: "Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda, ölkəyə ciddi investisiya qoyuluşuna nail olunmayacaq. İllərlə insanlar məhkəmə qapılarında qalırlar. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz".

"Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər, imkanları olduğu halda. Şəxsən belə faktlar mənim özümə bəllidir. Vəkil iş adamına deyir ki, "siz istəyirsinizsə, banka qarşı iddia ərizəsi qaldırın, ən aşağısı 3,5 — 4 il biz bunu məhkəmə prosedurlarında uzada biləcəyik. Və bu müddətdə sizə qarşı heç bir cərimə hesablanmayacaq". Yəni, faktiki surətdə sahibkar o presedentləri ödəməyəcək. Bu sahədə də qanunvericiliyi təkmilləşdirmək lazımdır", —deyə Q. Həsənquliyev vurğulayıb.

Millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində ikinci dəfə dəhşətli teror baş verdiyinə də diqqət çəkib: "Bizim Prezidentimiz tərəfindən çox mərd, kişiyana addım atıldı. Ancaq qardaşlar belə addım ata bilərdilər. Prezident səfər etdi Türkiyəyə. Bu, çox yüksək şəkildə qiymətləndirilməlidir. Təhlükəsizliyin təmin olunması istiqamətində Türkiyənin bizdən öyrənəcəyi çox şey var. Qardaşlıq münasibətlərin inkişaf etdirilməsi təqdirəlayiqdir".

Əlaqədar

İlham Əliyev məhkəmələrin hakim və sədrlərini dəyişdi
Tanınmış jurnalistin məhkəməsinin vaxtı açıqlandı
Rauf Murqədirovun məhkəmə hökmündən şikayət hazırlanır
Qoy nazirlər xalqa hesabat versinlər, bizə deyil
"Bu qədər acgözlüklə xalqımızı qarət etməməliyik"
Teqlər:
xalq, məhkəmə ədalətsizliyi, məmur, millət vəkili, Milli Məclis, Qüdrət Həsənquliyev

Əsas mövzular