02:02 25 Fevral 2018
Canlı yayım
Vaxtından xeyli tez çiçək açmış ağac

Kəndlilərin qorxduqları başlarına gəldi

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
157210

Onsuz da sosial problemlərdən əziyyət çəkən bölgə sakinləri daha bir problemlə üz-üzə qalıblar. Anomal iqlim şəraiti kənd əhalisinin yeganə dolanışıq mənbəyi olan əkin-biçinə, bağ-bağçaya öldürücü zərbə vurur.

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bu il bölgəmizə yaz əvvəlki illərə nisbətən daha tez gəldi. Haradasa, 20 gün — bir ay erkən düşən istilər ağacların tez oyanması və çiçək açmasına səbəb olub. Bu da mütəxəsisslərin, eləcə də təssərüfat sahiblərinin narahatçılığına səbəb olub.

Yağan intensiv yağışlar da bu narahatçılığın əbəs olmadığını göstərir. Samuxda olarkən insanların da bu sarıdan meyvə ağaclarından əllərini üzdüklərini gördük.

Söhbətləşdiyimiz Samux rayonu, Qarayeri qəsəbəsi sakini Rasim Quliyev təssərüfatında meyvə ağaclarının ötən illərdən daha tez çiçək açdığını deyib: "Bu da bizi qorxudur. Neçə ildir ki, onsuz da bağçılıqdan yaxşı məhsul götürə bilməmişik. Götürdüyümüz məhsul isə görkəmcə zədəli, ya da cadar olur".

"Ona görə də pula getmir. Artıq 20 ildən çoxdur ki, təssərüfatımda ərik ağaclarının olmasına baxmayaraq, iki dəfə normal məhsul götürməmişəm. Məcburam, baltanı əlimə götürüb hamsını doğrayım, yerini əkin eləyim", —deyir R. Quliyev.

Təsərrüfatında çoxlu meyvə ağaclarının olmasına baxmayaraq, bağ sahibləri normal məhsul götürə bilmirlər
© Sputnik / Ilham Mustafa
Təsərrüfatında çoxlu meyvə ağaclarının olmasına baxmayaraq, bağ sahibləri normal məhsul götürə bilmirlər

Goranboy rayon sakini, təsərrüfat fəaliyyəti ilə məşğul olan, həmçinin sovet dövründə aqronom işləmiş Arzuman Xasməmmədov da məsələnin ciddiliyindən narahatdır. O, heç bir mütəxəssisin bu məsələyə müdaxilə gücündə olmadığını bildirdi: "Soyuq düşməsə belə, yağış yağacağı təqdirdə çiçəklər tozlanmadan qalacaq. Bu isə məhsulsuzluğa gətirib çıxaracaq. Təbii ki, heç kim bütöv bağların, yaxud ağacların üstünü örtmək imkanında deyil. Biz istəsək də, istəməsək də, yağış yağsa, çiçəyi məhv edəcək. Bu, Allahın işidir".

Görəsən, vəziyyətdən çıxış yolu tapmaq üçün mövcud iqlimə uyğun ağac növləri yetişdirmək mümkündürmü? Aqronom hazırda elmin, texnologiyanın inkişaf etdiyini və belə növlərin yetişdirilməsinin mümkün olduğunu bildirdi. Bunun üçün isə güclü mütəxəsislər prosesə cəlb olunmalıdır.

Əlaqədar

Hamı kəndinə qayıdır
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Lənkəranın Bürcəli kəndini su basıb
Kişilərə yasaq edilmiş kənd
Teqlər:
kəndlilər, kənd, iqlim, kənd təsərrüfatı, bölgə, hava

Əsas mövzular