11:12 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Məsciddə namaz

Sünnətə, azana və minarələrə qadağa qoymaq istəyirlər

scwra.gov.az
CƏMİYYƏT
Qısa URL
240601

Almaniya partiyası sünnəti təməl insan hüquqlarının ağır pozuntusu olaraq görür.

BAKI, 12 mart — Sputnik. Almaniya Üçün Alternativ (AFD) Partiya yəhudi və müsəlman uşaqların sünnət edilməsinin, minarələrin və azanın da qadağan olunmasını istəyir.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Almaniya partiyası sünnəti təməl insan hüquqlarının ağır pozuntusu olaraq görür. Partiyaya görə, insanlıq qürurunu zədələyən sünnət, uşaqların bədənlərinə zərər verdiyi kimi azad qərar vermə haqlarını zədələyir.

AFD partiyasının proqram layihəsində minarələr və azan İslamiyyətin bir güc simvolu olaraq xarakterizə edilir. Layihədə ayrıca minarə və azan dinlərin xoşgörüşlü birliyinə ziddir.

AFD partiyası heyvanların keyidilmədən kəsilməsinə də qarşı çıxarkən, bununla bağlı heyvanları qoruma qanununda dini camaatlar üçün xüsusi razılıq əldə edilməsini istəyir.

Bütün bu məsələlər partiyanın proqram layihəsində əks olunub. Aprel ayında keçiriləcək ümumi yığıncaqda bu məsələlərə baxıla bilər. Almaniyaya miqrantların axını ilə birlikdə bu partiyaya səs verənlərin sayı artıb. 

Əsas mövzular