11:24 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Beş rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
13 0 0

Gələn həftə respublikamızın 5 rayonunda (Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

BAKI, 12 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gələn həftə respublikamızın 5 rayonunda (Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

Bu barədə nazirlikdən Sputnik-ə bildiriblər. 

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada martın 16-da saat 10.00-dan 18.00-dək Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında, martın 17-də saat 9.00-dan 12.00-dək Lerik rayon ƏSMM-nin inzibati binasında, həmin gün saat 15.00-dan 18.00-dək Astara rayon mərkəzi xəstəxanasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidmətləri göstərəcək. 

Martın 18-də saat 9.00-dan 13.00-dək Masallı rayon ƏSMM-nin və saat 14.00-dan 18.00-dək Yardımlı rayon ƏSMM-nin inzibati binalarında səyyar protez-ortopedik bərpa xidməti davam etdiriləcək.

Həmin rayonlar üzrə xidmət göstərilməsi üçün əvvəlcədən qeydiyyata alınmış, eləcə də göstərilən vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslərin ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, müxtəlif reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək. 

Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 73 ədəd əlil arabası ilə təmin ediliblər.

Əsas mövzular