23:23 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Bakı Avtomobil Satış Mərkəzində avtosalonlar sırası

Bu avtomobillərin qiymətləri tezliklə bahalaşacaq

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
450222

Bakıda fəaliyyət göstərən məşhur avomobil şirkətlərinin nümayəndəlikləri ciddi ziyana düşüb, satış sıfır səviyyəsindədir. Bununla yanaşı, yaxın zamanlarda qiymətlərin 50 faizədək bahalaşacağını bildirirlər.

BAKI, 10 mart — Sputnik. Bir çoxları düşünürdü ki, dolların bahalaşmasından sonra avtomobil qiymətləri sürətlə bahalaşacaq. Lakin sarsıdıcı devalvasiyalardan sonra vəziyyət heç də belə olmadı. Asanlıqla demək olar ki, bu gün bazarda təklif olunan maşınlar köhnə qiymətlərlə satılır.

Vəziyyətlə yerində tanış olmaq üçün Sputnik-in əməkdaşı Badamdardakı Avtomobil Bazarına üz tutub. Fərqli avtomobillərin satışı ilə məşğul olan "Mir avtosalon"da daha çox bahalı maşınlar gözə dəyirdi. Salonun satış meneceri Əlikram Əliyev, 1 ildən çoxdur ki, ancaq ziyana işlədiklərini bildirir.

"Dollar qalxandan sonra ümumiyyətlə qapını açıb içəri girən yoxdur. Qiymətlərə heç əl də dəyməyib. Hamısı köhnə qiymətlərdir. Hətta sizi inandırım, satış edə bilmək üçün endirim də edirik, baxmayaraq ki, bu, bizi ziyana salır", —deyə menecer bildirib.

Ə. Əliyev, salondakı bütün maşınları devalvasiyadan əvvəl gətirdiklərini, satış olmadığı üçün yenisini gətirməyə pul tapmadıqlarını deyib: "Dekabrdan bu yana cəmi 1 maşın satmışıq, o da 20 min manat ziyanına. Buna satış demək olmaz ki. Xeyir gəlməyən şeyə necə satış deyə bilərik?!".

Satış meneceri, ən güclü alqı-satqının 2011-2014-cü illər arasında getdiyini də xatırladıb: "Hə, o vaxtlar yaxşı xeyir götürə bilirdik. Çünki manat manat idi".

Qeyd edək ki, "Mir avtosalon"da daha çox "Lamborgini", "Range Rover", "Mercedes Galenvagen" və s. bu kimi avtomobillər satılır. Əhalinin maddi güzəranını da nəzərə alsaq, satışın niyə zəif getdiyini anlamaq olar.

  • Bakı Avtomobil Satış Mərkəzində avtosalonlar sırası
    Bakı Avtomobil Satış Mərkəzində avtosalonlar sırası
    © Sputnik / Fuad Hasanov
  • Yapon avtomobillərinin rəsmi dileri
    Yapon avtomobillərinin rəsmi dileri
    © Sputnik / Fuad Hasanov
  • Əksər avtomobillərə böyük endirimlər təklif olunur
    Əksər avtomobillərə böyük endirimlər təklif olunur
    © Sputnik / Fuad Hasanov
  • Azərbaycanın avtomobil bazarında hələ az tanınan Çin avtomobil brendləri
    Azərbaycanın avtomobil bazarında hələ az tanınan Çin avtomobil brendləri
    © Sputnik / Fuad Hasanov
1 / 4
© Sputnik / Fuad Hasanov
Bakı Avtomobil Satış Mərkəzində avtosalonlar sırası

Sözügedən avtosalondan fərqli olaraq, Yaponiya istehsalı avtomobillərin satışı ilə məşğul olan "Mitsubishi" salonunda personajın üzü gülürdü. Sputnik-in suallarını cavablandıran satış meneceri Fariz Səlimov, satışın istədikləri kimi getdiyini deyib.

"Alqı-satqı şükür, yaxşıdır. Ümumiyyətlə yapon istehsalı maşınlar münasib qiymətə olduğu üçün satışı da yaxşı gedir", —deyib menecer.

Dolların 50 % bahalaşmasına baxmayaraq, qiymətləri cəmi 20 % qaldırdıqlarını deyən Səlimov, yaxın günlərdə bahalaşmanın olacağını bildirib: "Əlbəttə, bahalaşma olacaq. Çünki maşınlar dollarla gəlir. İnsanlar əziyyət çəkməsin deyə ilkin etapda 20% qiymət artımı etmişdik. Ancaq indi bu, bizə sərf etmir. Qiymətlər 50%-dək qalxacaq".

Avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan mağazalarda isə vəziyyət elə də ürəkaçan olmadı. Keçirdiyimiz sorğu nəticəsində bəlli oldu ki, bu sahədə satış çox aşağı səviyyədədir.

Əlaqədar

Maşını haradan almalı: bazardan yoxsa elan saytlarından
Azərbaycanda avtomobil böhranı: idxal və tələbat 10 dəfə azalıb
Almaniya ilə deyil... İranla müştərək avtomobil istehsal etmək...
"İkinci əl" avtomobillər: devalvasiyadan əvvəl və sonra
Teqlər:
maşın bazarı, qiymətlər, devalvasiya, avtomobil

Əsas mövzular