06:39 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
79212

Nazirin yeni təqaüd sisteminin uğurlu olacağı ilə bağlı açıqlaması tələbələr və ekspertlərə o qədər də inandırıcı gəlmir: "Ödənişsiz təhsil alan tələbənin təqaüdünü kəsib ödənişliyə vermək düzgün addım deyil"

BAKI, 9 mart — Sputnik. "Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, artıq başa çatmış bu semestrdə tələbələrin qiymətləri nəzərə alınır: "Tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nı təsdiqləyib. Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək.

Lakin tələbələr heç də yeni sistemin tətbiqindən məmnun deyillər. Magistr təhsili alan Təranə Əhmədova Sputnik-ə deyib ki, stimul yaratmaq üçün yüksək bal toplayan ödənişli təhsil alan tələbələrə təqaüd verilə bilər: "Amma ödənişsiz təhsil alan tələbənin təqaüdünü kəsib ödənişliyə vermək düzgün addım deyil. Əgər tələbə təqaüd almayacaqsa, məcburən ya işləyəcək, ya da təhsili buraxacaq".

"Hələ ki, 2 ayın təqaüdünü almamışıq. Təsəvvür edin ki, rayondan gələn hər hansı bir tələbə 2 aydır ki, təqaüd almır. Belə olan halda hansı keyfiyyətdən söhbət gedə bilər?!", —deyə T. Əhmədova bildirib.

Digər bir tələbə Leyla Əsgərova isə Sputnik-ə deyib ki, ödənişli təhsil alan tələbələrə təqaüdlərin verilməsi çox yaxşıdır, amma: "Ödənişsiz təhsil alanlar çalışırlar ki, yüksək bal toplasınlar və onların təqaüdləri yüksəlsin. Qəbula hazırlaşanda düşünürdük ki, ödənişsiz təhsilə düşüb təqaüd alaq. Bir tələbənin təqaüdünün kəsilib başqasına verilməsi düzgün deyil".

"Tələbələr bir-biri ilə çəkişirlər ki, mənim təqaüdümü alıb sənə verir. Bir tərəfdən ödənişli təhsil alanı həvəsləndirməyə çalışır, digər tərəfdən ödənişsiz təhsil alanları həvəsdən salır. Maddi vəziyyəti çətin olan tələbələr var. Bundan başqa, təsəvvür edin ki, fevral ayının təqaüdü hələ də verilməyib", —deyə tələbə vurğuladı.

Nadir İsrafilov, təhsil üzrə ekspert
© Photo : AzToday
Nadir İsrafilov, təhsil üzrə ekspert

Məsələni Sputnik-ə şərh edən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, sözügedən yenilik ödənişsiz təhsil alan tələbədən kəsib ödənişliyə vermək anlamına gəlir: "Bu, nəzəri cəhətdən rəqabəti artıra bilər. Praktiki cəhətdənsə bunun özünü necə doğruldacağını zaman göstərəcək".

Eksper bildirib ki, ödənişli və ödənişsiz təhsil almasından asılı olmayaraq tələbələrin təqaüdləri qaldırılmalıdır: "Dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda tələbə təqaüdləri tələbənin normal təhsil alması üçün kifayət etmir. Dünyanın qabaqcıl, aparıcı universitetlərində təhsil alan tələbələr Azərbaycandakı tələbələr kimi yataqxana, yol tıxacları dərdi çəkmirlər. Onlar üçün hər şey var. Tələbə üçün təkcə oxumaq lazımdır. Bizdə bu cür problemlər var".

N. İsrafilov hesab edir ki, yeni sistemin müəyyən qədər təsiri olsa da, bir tələbənin imkanının digərinə şamil edilməsi o qədər də uğurlu variant deyil: "Tələbəni maddi cəhətlə sınağa çəkmək, onu həvəsləndirmək o qədər də uğurlu deyil. Hesab edirəm ki, tələbələrin təqaüdləri artırılmalıdır. Bu yeni sistemin tətbiqi davam etsə, təqaüd alan tələbələrin sayı xeyli azalacaq".

Onun sözlərinə görə, yeni sistemin tətəbiqi nəticəsində rəqabətin artıb-artmayacağını zaman göstərəcək: "Amma təqaüd alan tələbələrin sayı kütləvi şəkildə azala bilər. Təqaüdlərin verilməsində gecikmələr təhsil ilə bağlı problem deyil, yəqin bilavasitə maliyyə məsələləri ilə bağlıdır. Çünki, gecikmələr təkcə tələbə təqaüdləri ilə əlaqədar deyil. Təqaüdlərin, əmək haqlarının verilməsində də gecikmələr var".

Əlaqədar

Tələbə qız dəm qazından boğuldu
Bunlar tələbədir, yoxsa farmazon?
"Mən işə gələnədək o tələbənin problemi həll olunsun!"
Manatın dəyərdən düşməsi tələbələrin durumunu daha çox ağırlaşdıracaq
Teqlər:
təqaüd, Nadir İsrafilov, təhsil, Mikayıl Cabbarov, tələbə

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    283
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    514
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2051