01:10 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bəy-gəlin

Devalvasiya bunu da bacardı: el adətləri dəyişir

© Flickr/ Victoria Hong Zhu
CƏMİYYƏT
Qısa URL
784142

Toyda gəlinin qızılla bəzədilməsi ənənəsi aradan qalxır. İnsanlar gümüşdən hazırlanan bəzək əşyalarına üstünlük verməyə başlayıblar. Zinət əşyalarının qiymətləri isə ərşə qalxıb.

BAKI, 7 mart — Sputnik. Hələ qədimdən toy zamanı gəlini qızıllarla bəzəmək bir adət, həm də qohum-əqrəba, qonum-qonşu yanında fəxr sayılıb. Azərbaycanda da bu ənənə illərdir davam etdirilirdi. Ta ki, əlahəzrət devalvasiya qapıya dayananadək… Belə ki, Sputnik əməkdaşı bu məsələ ilə əlaqədar maraqlı faktlar əldə edib.

Paytaxtın məşhur Mərkəzi Univermağında (MUM) durğunluq hökm sürür, müştəri gözə dəymirdi. Satıcılar bekarçılıqdan kimisi telefonla başını qatır, kimisi bir-biri ilə dərdləşirdi.

Yaxınlaşıb bəzi qızılların qiymətinə baxdım. Dəhşətə gəlməmək mümkün deyildi. Gəlin bəzədilməsi üçün minimal 6000 manat tələb olunur.

"Müştəri yoxdur. Qiymətlər istəməsək də, dollara görə bahalaşır, müştərilər də qaçır. Əvvəllər, heç olmasa bir az gəlirimiz olurdu, indi heç icarə pulunu da çıxara bilmirik. Hətta bəzi satıcılar icarə haqqını verə bilmədiklərinə görə işlərini bağlayıblar. Belə getsə, biz də işimizi dayandırmalı olacağıq", —dedi söhbətləşdiyimiz satıcılardan biri.

Öyrəndiyimiz daha ilginc fakt isə ondan ibarətdir ki, devalvasiya və nəticədə qiymətlərin kəskin bahalaşması camaatın illərlə yaşatdığı adət-ənənəsinin dəyişməsinə səbəb olub. Belə ki, artıq insanlar gəlin bəzədilməsi üçün qızıl deyil, gümüş zinət əşyalarından istifadə etməyə başlayıb.

Bu reallığı diqqətə çatdıran növbəti həmsöhbətimiz zərgərdir. Xüsusi sifarişlər qəbul edir, bunun əsasıda qızıl və gümüşdən bəzək əşyaları hazırlayır.

"Son 1 aya yaxın müddət ərzində 10-a yaxın sifariş almışam ki, gəlin bəzədilməsində gümüş əşyaların olmasını istəyiblər. Əvvəllər heç vaxt bu cür hadisə olmamışdı, 40 ildir bu işin içindəyəm, gümüş əşyalarla gəlin bəzədildiyini indilərdə görürəm. Neynəmək olar, camaatda pul yoxdur", —deyir zərgər.

Onun sözlərinə görə, gəlin bəzədilməsi üçün bir komplekt qızılla bir komplekt gümüşün qiyməti arasında 5 dəfəyədək fərq var: "Qızılın özü çox baha başa gəlir, üztəlik üzərində brilliant qaşlar olur. Gümüş isə həm zatən qızıldan xeyli ucuzdur, həm də adətən gümüş əşyaların üzərində əlavə bəzəklər olmur".

MUM yaxınlığında həmsöhbət olduğumuz Rəhimə xanım da gümüş bəzəklərlə gəlin bəzədilməsini ilk dəfədir eşitdiyini deyir: "Vallah, gümüşü adətən kişilər istifadə edir, o da toy-nişan üzüyü üçün deyil, gündəlik həyatda. Qadının zinət əşyası qızıldır. Üstəlik gəlin bəzəməkdə gümüşdən istifadə etmək… Nə deyim, yazıq camaat…".

Başqa bir həmsöhbətimiz Şəfəq Qədirova isə bu fakta təəccüblənmir: "Belə olmalıydı da. Böhran gec-tez adət-ənənələrimizə də çatmalıydı. Bu qədər qiymət artımının, bahalaşmanın qarşısında insanlar neyləsinlər? Biri biz özümüz, oğlumuzu evləndirməliyik, yaxınlarda nişan aparmağı düşünürük. Amma indi "ÇUM"dan çıxıram, qiymətlər əl yandırır. Hesablatdım, gəlinimi normal bəzəyə bilmək üçün 8500 manat pul lazımdır. Biz bu qədər pulu haradan alaq?".

Belə… Deyəsən, hələ görəcək günlərimiz qabaqdadır.

Əlaqədar

Qara qızılın qiymətindən qara xəbər
İçərisində 300 ton qızıl olan qatar tapılıb
Neft bahalaşıb, qızıl və avro isə ucuzlaşıb
Dünyada qızıla bir zinət əşyası kimi maraq azalır
Teqlər:
manat, dollar, gəlin, bəzək, gümüş, qızıl, adət-ənənə, toy, devalvasiya

Əsas mövzular