06:00 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
280 0 0

Qazax rayonunda naməlum şirkət tərəfindən işıq dirəklərinin yenilənməsi həyata keçirilir. Yeniləmə şəhərin bütün küçələrinə aid edilməli olsa da, proses sadəcə mərkəzi küçələri əhatə edir.

Hikmət Carçılı

 

BAKI, 4 mart — Sputnik. Qazax rayonunun mərkəzi küçələrində köhnə işıq dirəkləri yenisi ilə əvəzlənib. Qanunən bu yeniləmə şəhərin bütün küçələrinə aid edilsə də, görünən odur ki, yeni ağ dəmir dirəkləri quraşdıran podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər. Şəhərin mərkəzindən keçən Heydər Əliyev küçəsində dirəklər tamamilə yenisi ilə əvəz oldunduğu halda, Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində çox az hissəsi təzələnib.

Məsələylə bağlı Qazax rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkənin rəisi Elşad Məmmədov yerində olmasa da, idarənin işçiləri problemin aradan qaldırılacağını bildirdilər.

  • Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur
    Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur
    © Photo : Hikmət Carçılı
  • Amma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər
    Amma podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər
    © Photo : Hikmət Carçılı
  • Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm yaddan çıxıb
    Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində dirəkləri təzələm "yaddan çıxıb"
    © Photo : Hikmət Carçılı
  • İdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq
    İdarənin işçiləri deyir ki, yaxın zamanda bütün işıq dirəkləri yenisi ilə əvəz olunacaq
    © Photo : Hikmət Carçılı
  • Yenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir
    Yenilənmiş metal ağ dirəklər küçələri daha sahmanlı göstərir
    © Photo : Hikmət Carçılı
  • Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb
    Mühəndis deyir ki, beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb
    © Photo : Hikmət Carçılı
1 / 6
© Photo : Hikmət Carçılı
Köhnə işıq dirəkləri yeni ağ dəmir dirəklərlə əvəz olunur

"Bununla bağlı konkret bir söz deyə bilmərik. İşə məsul, adını bilmədiyimiz, podratçı təşkilatdır. Mühəndis Hidayət Axundovla əlaqə saxlayıb, ətraflı məlumat ala bilərsiniz. Yalnız onu deyə bilərik ki, yaxın zamanda işıq dirəkləri şəhərin bütün küçələrində yenisi ilə əvəz olunacaq", —deyə Şəbəkədən Sputnik-ə bildirildi.

Mühəndis Hidayət Axundovla əlaqə yaratdıq. Məsələdən xəbərdar olduğunu bildirsə də, Qazax rayon Elektrik Şəbəkəsinin işçilərindən fərqli olaraq o, arxa məhəllələrdə dəyişməyən işıq dirəklərinin yenisi ilə əvəz olunmayacağını dedi: "İşi aparan podratçı təşkilatın adını bilməsəm də, sualınıza cavab olaraq deyim ki, yeniləmə yalnız köhnə dirəklərə aiddir. O biri beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb".

Əlaqədar

Paytaxtın daha bir küçəsi təmir olundu
Bakıda daha bir yolda təmir işləri yekunlaşdı
Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolunun təmiri davam edir
Xətaidə yanan binada əsaslı təmir bir həftəyə başa çatacaq
Teqlər:
Elşad Məmmədov, Qazax rayon Elektrik Şəbəkəsi, yenilənmə, işıq dirəkləri, Qazax

Əsas mövzular