CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?

© PembekafeQadın-kişi
Qadın-kişi - Sputnik Azərbaycan
Abunə olmaq
"Devalvasiya olsa da, olmasa da, qadınların mütləq şəkildə hədiyyə gözləməsini, hədiyyə alınmasa, bunu problemə çevirməsini doğru hesab etmirəm. Hədiyyə alarlarsa, nə gözəl, almazlarsa, bunun üstündə dayanmaq lazım deyil"

BAKI, 3 mart — Sputnik. Qarşıdan 8 mart beynəlxalq qadınlar günü gəlir. Ölkədə yaşanan iqtisadi böhran, devalvasiya və işsizliyi nəzərə alaraq, Sputnik-in əməkdaşı bu bayramın keçirilmə zərurəti, nə dərəcədə vacib olması barədə elə qadınların özlərinin fikrini öyrənib.

© Photo : Sevinc FedaiСевиндж Федаи, журналистка
Севиндж Федаи, журналистка - Sputnik Azərbaycan
Севиндж Федаи, журналистка

Sevinc Fədai — jurnalist: "Devalvasiya olsa da, olmasa da, qadınların mütləq şəkildə hədiyyə gözləməsini, hədiyyə alınmasa, bunu problemə çevirməsini doğru hesab etmirəm. Onlara hədiyyə alarlarsa, nə gözəl, almazlarsa, bunun üstündə dayanmaq lazım deyil. Orta statistik azərbaycanlı ailəsinin maddi durumu bəllidir. Ola bilər ki, hədiyyə almaq bu duruma görə deyil. Amma deyim ki, bu, xüsusilə xarakterlə bağlı olan bir şeydir. Elə kişi var ki, bu mənada diqqətlidir, imkanı necə olsa da, xanımına bu bayramda, xüsusi günlərdə hədiyyə almağı özünə borc bilir. Sevgisini bu şəkildə bildirir. Elə kişi də var ki, hədiyyə almaq onun xarakterinə görə deyil. Məsələn, bizdə. (gülür) Ona görə mən nə hədiyyə gözləyirəm, nə də bundan inciyirəm".

© Photo : APAМехрибан Зейналова, председатель Общественного объединения помощи женщинам "Чистый мир"
Мехрибан Зейналова, председатель Общественного объединения помощи женщинам Чистый мир - Sputnik Azərbaycan
Мехрибан Зейналова, председатель Общественного объединения помощи женщинам "Чистый мир"

Mehriban Zeynalova — Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri: "İlboyu kişilərin daha çox dominantlıq etdiyi ölkədə ilin bir gününü qeyd etmək məncə, heç bir problem yaratmaz. Məsələ böyük həcmli hədiyyələrin təqdimindən getmir, günün özünü xüsusi qeyd etmək qadınların əsrlər boyu öz huquqları uğurunda apardığı mübarizənin hələ də davam etdiyini göstərməkdir. Hələ ki, qadın-kişi bərabərliyi yalnız sənədlərdədir. Azərbaycanda kifayət qədər bacarıqlı, peşəkar və savadlı qadınlar var ki, onlar müəyyən baryerlərə görə özlərinə layiqli yer tuta bilmirlər. 8 martı atəşfəşanlıq və ya izafi xərclərsiz də diqqət mərkəzində saxlamaq olar".

© Photo : Aziza IsmailovaАзиза Исмаилова, ведущая на Anten FM
Азиза Исмаилова, ведущая на Anten FM - Sputnik Azərbaycan
Азиза Исмаилова, ведущая на Anten FM

Əzizə İsmayılova — Anten FM-in aparıcısı: "Mənə görə dünyada mütləq olan heç nə yoxdur. Bayramı keçirmək hansısa "mütləq"likdən doğursa, burada bayramlıq heç nə görmürəm və öz adıma bunu qəbul etmirəm. Bu günün "mütləq"liyi naminə atılan hər addımı qarşılığını ödəməli olduğum bir borc kimi görürəm. Amma məsələnin digər tərəfi — kimsə ürəyindən keçirib o günü qeyd etmək istəyirsə, niyə də olmasın?! Hər insana hansısa bir gün, xoş bir münasibət, diqqət, sevgi-sayğı göstərmək, zənnimcə, heç də pis bir şey deyil və hər kəs bunu, hər gün edə bilməz, bir özəllik var bu gündə. Devalvasiyaya gələndə isə, əgər insan nəyisə etmək istəsə, onu hər vasitə ilə edəcək. Devalvasiya olsa da, olmasa da".

© Photo : Mehriban AbdullayevaМехрибан Абдуллаева, председатель Организации защиты прав женщин
Мехрибан Абдуллаева, председатель Организации защиты прав женщин - Sputnik Azərbaycan
Мехрибан Абдуллаева, председатель Организации защиты прав женщин

Mehriban Abdullayeva — Qadın Hüquqlarının Müdafiəsi təşkilatının sədri: "Əslində bu bayrama çox böyük önəm vermək də vacib deyil. Çünki, ailədə uşaqların doğum günləri, bayram günləri bir-birini əvəz edir və müxtəlif hədiyyələr almalı olurlar. Bunları nəzərə alaraq ailədə artıq söz-söhbət salıb, dava-dalaşa çıxarmağa lüzum yoxdur. Çünki sonradan ailədə xoşagəlməz hadisələrin baş verməsi böyük baş ağrılarına gətirib çıxarır. Bizim bir çox ailələrimizdə belə iqtisadi duruma görə həyat yoldaşını başa düşən xanımlarımız az deyil. Biz də imkan daxilində xanımlarımıza başa salırıq ki, əgər bu gün yoldaşının imkanı yoxdursa, növbəti bayramda bəlkə daha böyük hədiyyə edə bilər".

Xəbər lenti
0