15:11 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

"Rus dili Azərbaycanın ikinci dilidir"

CƏMİYYƏT
Qısa URL
494 0 0

Azərbaycanda rus dilinə maraq artmaqdadır. Ölkədə 4 min şagird rus, 100 mindən artıq şagird isə rus dili tədris olunan məktəblərdə təhsil alır.

Azərbaycanda “Rus dili”nə maraq artmaqdadır
BAKI, 3 mart — Sputnik. "Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında şəbəkə mövcuddur. Bu proqram dəstəyə layiqdir, o, universitetlərimiz arasında effektiv təsirə səbəb olur". Sputnik xəbər verir ki, bunu Rusiyanın Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə agentliyinin (Rossotrudniçestvo) Təhsil və elm sahəsində əməkdaşlıq idarəsinin rəisi Vadim Çexa deyib.
tələbə
© Sputnik / Kirill Kallinikov

Bu gün Sputnik Beynəlxalq mətbuat mərkəzində "Rusiya və Azərbaycan: humanitar sahədə qarşılıqlı fəaliyyət" mövzusunda Moskva-Bakı videokörpüsü keçirilib. Tədbirdə Moskvadan Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə agentliyinin (Rossotrudniçestvo) Təhsil və elm sahəsində əməkdaşlıq idarəsinin rəisi Vadim Çexa, Bakıdan isə Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, eləcə də Bakı Slavyan Universitetinin prorektoru Rafiq Novruzov iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, 2016-cı il MDB-də "Təhsil ili" elan olunub. Bu öz növbəsində Birlik çərçivəsində təhsil standartlarının yaxınlaşdırılmasına və akademik çevikliyin artmasına səbəb olmalıdır.

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov isə rus dilinin Azərbaycanın ikinci dili olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda rus dili sistemli şəkildə uzun illər ərzində öyrənilib.

"Rus dili Azərbaycanda rəsmi dövlət dili olmasa belə, faktiki olaraq onu ikinci dil adlandırmaq olar. Bu, ünsiyyət və danışıq dilidir" — deyə, ekspert bildirib.

V. Denisov qeyd edib ki, Azərbaycanda 16 rus məktəbi fəaliyyət göstərir, Azərbaycan bölməsi ilə yanaşı rus bölmələrinin də olduğu məktəblərin sayı isə 380-dır.

M. Zabelinin sözlərinə görə isə, Azərbaycanın ali təhsil müəssisələrində 17 minə yaxın tələbə rus dilində təhsil alır. Millət vəkili qeyd edib ki, Azərbaycanda 4 min şagird rus məktəblərində, 100 mindən artıq şagird isə rus dili tədris olunan məktəblərdə təhsil alırlar.

Tədbir çərçivəsində Azərbaycanda rus dilinin təbliği proqramları, rus ədəbiyyatı və mədəniyyətinin populyarlaşdırılması, Azərbaycan gənclərinin Rusiya ali məktəblərinə daxil olması qaydalarının sadələşdirilməsi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, rus dili postsovet məkanında millətlərarası ünsiyyət dilidir. Birlik ölkələrinin gənclərinin çoxu Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır. Bununla bağlı olaraq MDB ölkələrində rus dilində təhsilə dəstək verilməsi və təbliği xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

Əlaqədar

Anar: Türkiyə türkcəsi ortaq türk dili olsun
Dil haqqında bunu bilirdiniz?
Azərbaycan dilinə dövlət dili statusu vermək naminə vəzifəsini itirmiş alim
Dilçilik İnstitutuna yeni direktor təyin edilib
Teqlər:
şagird, məktəb, Rusiya, Azərbaycan, rus dili

Əsas mövzular