15:46 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Elşən İsmayılov

Jurnalisti öldürən futbolçu: "Yaxşı etmişəm öldürmüşəm"

sfera
CƏMİYYƏT
Qısa URL
20521

Məhkəmədə mərhum jurnalistin valideynləri ilə onu öldürməkdə günahlandırılan idmançının valideynləri arasında qalmaqal yaranıb.

BAKI, 1 mart-Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində qalmaqal baş verib.

Sputnik Trend-ə istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

Məhkəmə zalında təhqiramiz ifadələrin ardınca, əlbəyaxa dava düşüb. Qalmaqal zamanı təqsirləndirilən Elşən İsmayılov əsəblərini cilovlaya bilməyib və "Yaxşı etmişəm öldürmüşəm" deyə söyləyib.

Məhkəmə nəzarətçiləri prosesə müdaxilə etməyə məcbur olublar.

Məhkəmədə fasilə elan olunub.

Ötən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı E.İsmayılova 14 il, A.Əliyevə 14 il, C.Məmmədova 12 il, S.Mustafayevə 11,6 il, K.Mədətova 11,6 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.

Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əlaqədar

Prokuror Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə 63 il həbs cəzası istəyib
Rasim Əliyevin vəkili: Futbolçunu cəzadan kənarda saxlamağa çalışırlar
Rasim Əliyevin ölümünə səbəb olan anın videosu yayıldı
Mərhum Rasim Əliyevi əməliyyat edən həkim özünü günahsız elan edib
AFFA Rasim Əliyevlə bağlı bəyanat verdi
Teqlər:
Bakı şəhər Prokurorluğu, Bakı Ağır Cinayətlər Məhkəməsi, Eldar İsmayılov, Cinayət Məcəlləsi, Bakı, Rasim Əliyev, jurnalist

Əsas mövzular