CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dükanlar məişət səviyyəsində narkomaniyanın təbliğindən $5 min qazanırlar

© Sputnik / Murad OrujovСигаретные пачки
Сигаретные пачки - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda təxminən hər on məktəblidən biri nə vaxtsa siqaret çəkib. Daha çox siqaretə 13-15 yaşlı yeniyetmə oğlanlar aludə olurlar. Onlar çəkdikləri siqareti dükandan aldıqlarını etiraf edirlər.

BAKI, 26 fev – Sputnik. Azərbaycanda qanunvericiliyin tələblərinin əksinə olaraq, təhsil müəssisələrinin yanında tütün məmulatları satılır.

Təxminən 10 il əvvəl Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütün əleyhinə beynəlxalq çərçivə konvensiyasına qoşulub, deyə Sputnik-ə Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Əyyub Hüseynov bildirib. Konvensiya tədris, həmçinin səhiyyə müəssisələrinin yaxınlığında siqaretin reklamı və satışını qadağan edir.

Bundan əlavə, Azərbaycanda “Tütün və tütün məmulatları barədə” qanun qəbul olunub. Qanuna əsasən ölkədə 18 yaşı tamam olmamış şəxslərə siqaret satılması qadağan edilib. Lakin məktəblilər yenə də siqaret çəkə bilirlər. Onların praktiki olaraq hər yerdə siqareti həm “dənə-dənə”, həm də qutu ilə almaq imkanları var.

"Biz görürük ki, siqaretlər məktəb və xəstəxanaların yaxınlığında satılırlar. Demək olar ki, Azərbaycanda insanların məişət səviyyəsində narkomaniyaya qurşanması üçün bütün şərtlər yaradılıb. Yalnız bizdə supermarketin girişində siqaretlə dolu stendlə qarşılaşmaq olar. Bu tütün məmulatlarının açıq reklamıdır ", — deyə Hüseynov bildirir.

AİB bu cür stendlərin ya ticarət obyektlərindən yığışdırılmasna, ya da məsələn, Rusiyadakı kimi örtülməsinə nail olmaq istəyir. Lakin hələlik onların cəhdləri uğur gətirməyib, çünki, Hüseynovun sözlərinə görə, tütün distribütorları siqaret stendlərinin dükanda olması üçün supermarket sahiblərinə əlavə 5 min dollar ödəyirlər.

Bundan əlavə, məktəblilər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretləri əldə edə bilərlər. 

"Belə siqaretləri əsasən Bakının Nərimanov rayonunda yerləşən ticarət obyektlərində satırlar. Orada qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin satılması təxminən son 15 il ərzində həyata keçirilir ", — deyə ekspert əlavə edib.

Məktəblərin yaxınlığında siqaret satılması faktları aşkar edildikdə Hüseynov birbaşa İqtisadiyyat nazirliyinə, 195-2 “qaynar xəttinə” zəng etməyi məsləhət görür.

Gənclərin siqaret çəkməsini araşdıran qlobal tədqiqatın nəticələrinə görə, Azərbaycanda uşaqların təxminən 10,6%-i nə vaxtsa siqaret çəkib. Daha çox siqaretə 13-15 yaşlı yeniyetmə oğlanlar aludə olurlar. Onlar sorğu zamanı çəkdikləri siqareti dükandan aldıqlarını etiraf edirlər. Söhbət uşaqlara siqaret satışının qadağan edildiyi ölkədən gedir.

İctimai səhiyyə və islahatlar mərkəzinin eksperti Tofiq Musayevin bildirdiyinə görə, tütün şirkətləri məhsullarını daha cəzbedici yolla təqdim etməyin üsullarını yaxşı bilirlər. Onların əlavə reklama ehtiyacları yoxdur. Dükanlarda siqaretlə dolu açıq vitrin qoymaq kifayətdir.

"Hər il mayın 31-də Ümumdünya tütünsüz günü qeyd olunur. Bu ilki mövzu siqaret qutusuna hısr olunub. Siqaret qutusunu solğun, eyni və adamı cəlb etməyən formada etməyi təklif edirlər. Bu halda müxtəlif markalı siqaretlər bir-birindən praktiki olaraq fərqlənməyəcələr", – deyə o bildirib.

Musayevin sözlərinə görə, uşaqlar arasında siqaretin kökünün kəsilməsində maksimal nəticələr əldə etmək üçün, siqaretin qiymətinin qaldırılmasından başlayaraq ictimai yerlərdə siqaret çəkilməsinə ciddi nəzarət qoyulmasınadək bütöv tədbirlər kompleksi həyata keçirilməlidir.

İqtisadiyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, ölkədə bütün ticarət obyektlərinin yoxlanılması iki il müddətinə dayandırılıb. Bu addım ötən ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı müvafiq fərmanla bağlıdır. 

Əliyevin bildirdiyinə görə, yoxlamalar dayandırılsa da, məktəb və xəstəxanaların yaxınlığında yerləşən ticarət obyektləri tütün məmulatlarının satışının qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsi məqsədi ilə daima nəzarət altında saxlanılır. O son dövrlərdə məktəblərin yaxınlığında qeyri-qanuni siqaret satılmasına dair faktların aşkar edilmədiyini vurğulayıb.

Xəbər lenti
0