CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsü axtarışa verildi

© AFP 2023 / ROSLAN RAHMANİnterpolun baş qərargahı
İnterpolun baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir.

BAKI, 24 fev — Sputnik. Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.

Sputnik-in İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin  avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

Xəbər lenti
0