05:15 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Avtomobil duracağı

Azərbaycanda avtomobil böhranı: idxal və tələbat 10 dəfə azalıb

Mövqe
CƏMİYYƏT
Qısa URL
378712

"Avtomobil idxalın azalması növbəti dövrlərdə də davam edəcək. Yığıma üstünlük verdikləri üçün tələbin azalması müşahidə olunur. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün bütövlükdə bazarda durğunluq yaranır"

BAKI, 19 fev — Sputnik. 2016-cı ilin yanvar ayında Azərbaycana 437 avtomobil idxal olunub. 2015-ci ilin yanvar ayında isə bu göstərici 4090 olub. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,36 dəfə azdır.

Sputnik-in Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, idxal olunan sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri 5, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 401, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 26, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri isə 5 ədəd olub.

2015-ci ilin yanvar ayında isə cəmi 4090 avtomobil ölkəyə idxal edilib. Bunun da sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri 66, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 3870, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 146, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri 8 ədəd olub.

Məsələni Sputnik-ə şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə deyib ki, bu, manatın devalvasiyasından sonra idxal olunan avtomobillərin, xüsusilə də təzə avtomobillərin qiymətinin qalxması ilə bağlıdır: "Tələbat da azalıb. Bu il üçün avtomobil bazarında ciddi canlanma gözlənilmir".

"Çünki, daxili bazar kifayət qədər yeni avtomobillər baxımından donmuş bazar hesab olunur. Eyni zamanda, artıq yeni avtomobillər ölkəyə yeni kursla daxil olur. Bunun nəticəsində də onların qiymətində ciddi artım müşahidə olunur", —deyə ekspert bildirib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik-ə açıqlamasında bildirib ki, bu, manatın devalvasiyasından sonra ölkəyə gətirilən avtomobillərin manat ifadəsində qiymətlərinin yüksəlməsidir: "Bu, birbaşa avtomobil idxalına mənfi təsir göstərdi. Əsas səbəblərdən biri bu gün avtomobil bazarında müşahidə edilən durğunluqdur. Hazırda bazarda mövcud olan avtomobillərin satışında da problemlər müşahidə olunur".

İqtisadçı güman edir ki, avtomobil idxalın azalması növbəti dövrlərdə də davam edəcək: "Çünki, durğunluq var. Bu, davam etdiyi müddətdə avtomobil idxalında azalmalar gözləniləndir. Avtomobil bazarında canlanma olduğu dövrlərdə avtomobil idxalına maraq var idi. Bu bazarda canlanmanın ən çox müşahidə olunduğu dövrlərdə 2011-ci, 2012-ci llərdə daha çox avtomobil idxalı həyata keçirilirdi".

Bunun həmin dövrlərdə avtomobil bazarındakı aktivliklə bağlı olduğunu deyən V. Bayramovun sözlərinə görə, adətən iqtisadi böhran olan dövrlərdə vətəndaşlar yığıma üstünlük verirlər: "Yığıma üstünlük verdikləri üçün tələbin azalması müşahidə olunur. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün bütövlükdə bazarda durğunluq yaranır".

Əlaqədar

"Mazda" avtomobillərini geri çağırır
Avtomobillərin qiymətləri düşür
Avtomobilimizdə "apteçka", yoxsa aptek daşıyacağıq?
Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb
Avtomobillərin də qiyməti qalxdı
Teqlər:
Vüqar Bayramov, Elşən Bağırzadə, maşın, avtomobil

Əsas mövzular