Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Təmiz kərə yağını necə tanımaq olar?

Abunə olmaq
Eyyub Hüseynov Yeni Zelandiyanın "Westland Milk Products" süd emalı zavodunda nələr görüb: "Yağ seçərkən ehtiyatlı olun!"

Dərman zavodu tikməyimiz nə vaxta qaldı?
BAKI, 19 fev — Sputnik. "Artıq 4 min ildir ki, insanlar nehrə üsulu ilə yağ istehsal edib qidalanırlar. Bu üsulla alınan kərə yağı daha dadlı, keyfiyyətli və insan orqanizmi üçün xeyirlidir".

Bunu Sputnik Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş zamanı Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib. 3-11 fevral tarixlərində o, "Westland Milk Products" süd emalı zavodunda və fermer təsərrüfatlarında olaraq, Azərbaycana idxal edilən yağların hazırlanması və etiketləşdirilməsi prosesi ilə tanış olub.

Vegetable stall in a Market - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gələcəyimiz təhdid olunur

Onun sözlərinə görə, Azərbaycanda saxta Yeni Zelandiya yağlarının olması barədə istehlakçılardan şikayətlər daxil olurdu: "Hətta bəzi KİV-lər Yeni Zelandiyadan Azərbaycana süd məhsullarının idxal olunmadığını yazırdılar, lakin bu ölkədən həqiqətən də Azərbaycana kərə yağı gətirilir. Mən həmin zavodlarda oldum və özüm şahidi oldum ki, Azərbaycana həqiqətən kərə yağı göndərilir. Ümumiyyətlə, Yeni Zelandiya tam kənd təsərrüfatı, qeyri-adi heyvandarlıq ölkəsidir. Ölkədə vəhşi heyvan yoxdur, flora-fauna çox ciddi şəkildə qorunur, heyvanlar heç bir fəsildə tövlə şəraitində saxlanılmır, quru ot və digər yemlərlə yedizdirilmir. Yalnız göy otlaqda bütün sutka və ilboyu otlayır, sağılır, baytar nəzarəti edilir. Südün tərkibində antibiotik qalıqlarının mövcudluğu tam istisna olunur".

"Şimal və cənub adaları çox ciddi fərqlənir. Mənim olduğum zavod cənub adasında idi. Bu adadakı zavodda Azərbaycan üçün yağlar hazırlanır və mən özüm prosesin şahidi oldum", —deyə E. Hüseynov bildirib.

Azərbaycana gətirilən AMF-in (süd piyinin) miqdarına gəldikdə isə, E. Hüseynov vurğulayıb ki, bu barədə dəqiq məlumat verilmir: "Lakin zavodlar təsdiqlədilər ki, AMF Azərbaycana da göndərilir. Sağlamlığa ciddi ziyanı olmasa da, əsl kərə yağından dadına görə xeyli fərqlənir".

Ekspert vətəndaşları məhsul alarkən ehtiyatlı olmağa çağırıb: "Yeni Zenlandiyadan 20 ölkəyə məhsul ixrac olunur. Bu ölkənin İqtisadiyyat Nazirliyinin nümayəndəsi mənə məlumat verdi ki, Yeni Zenlandiyada istifadə olunan süd məhsullarının 85-90 faizi xarici ölkələrə ixrac olunur. Ölkədə heyvan südündən AMF deyilən bir yağ da sintez olunur. Həmin yağ 100 faiz suyu çəkilmiş yağdır. Bu yağ hazır şəkildə bir çox ölkələrə ixrac olunur və həmin ölkələrdə ona qatqı qatılaraq yenidən yağ istehsal edilir. AMF məhsulları Azərbaycana da göndərilir və satışa çıxarılır".

Acı bibər - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yağları əridən qidalar

E. Hüseynov qeyd edib ki, Azərbaycanda istehlakçıları məhsulların qablaşdırılması ilə də kütləvi şəkildə aldadırdılar: "Məhsulların üzərindəki məlumatı çox xırda hərflərlə yazırdılar ki, alıcılar onları oxuya bilməsinlər, tərkibdə müəyyən maddələrin olduğunu gizlədirdilər və sair".

Onun sözlərinə görə, keçən ilin sonlarında "İstehlakçı üçün məlumat" adlı yeni standart qəbul olundu: "Bu standart oxşar yalanların qarşısını ala bilər. Yağ seçərkən onun eyni temperaturda saxlanan yağlarla bərkliyini müqayisə etmək lazımdır. Hansı kərə yağı bərkdirsə, deməli daha təmizdir".

Xəbər lenti
0