02:03 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
15701

Dövlət Gömrük Komitəsi sərhəd-keçid məntəqəsində yaşanan sıxlığa aydınlıq gətirib: "Ölkəmizə gələnlərin sayındakı artım gömrük postunda sıxlığın yaranmasına səbəb olub"

BAKI, 19 fev — Sputnik. Bir sıra yerli kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən "Novo-Filə-Şirvanovka" gömrük-keçid məntəqəsinə yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar "Yaraq-Qazmalar-Samur" gömrük-keçid məntəqəsinə yönləndirilib.

"Nəticədə "Yaraq-Qazmalar" gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda sıxlığın yaranmasına səbəb olub", —deyə Komitədən bildirilib.

DGK-nın açıqlamasına görə, Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb: "Hazırda "Samur" gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur".

Əlaqədar

"Dövlət Gömrük Komitəsində ixtisarlar olmayacaq"
Azərbaycan və İran sutkalıq gömrük rejiminə keçəcək
"Gömrüklə bağlı qərarın dəyişdirilməsi iki səbəbə bağlıdır"
Gömrükdə 10 min dollaradək olan güzəşt ləğv edildi
Prezidentin gömrüklə bağlı verdiyi fərman rüşvət sistemini zəiflədəcək
Azərbaycanla Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradırlar
Teqlər:
gömrük-keçid məntəqəsi, Azərbaycan-Rusiya sərhədi, Dövlət Gömrük Komitəsi, sərhəd

Əsas mövzular