08:33 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Türkiyədə terror dalğası (18)
2201

Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir"

BAKI, 19 fev — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davudoğluna və Diyanət İşləri başqanı Mehmet Görməzə Ankarada törədilmiş terror aktı ilə əlaqədar dəstək və başsağlığı məktubunu ünvanlayıb. QMİ-dən APA-ya verilən məlumata görə, məktubda Şeyxülislam, Ankara şəhərində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbərdan sarsıldığını ifadə edir.

"Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün türk qardaşlarımıza səbr və dəyanət arzulayıram", —deyə QMİ rəhbəri bildirir.

Məktubda bildirilir ki, müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının qətiyyətli iradəsi qarşısında puç olacaq: "Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir! Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət almışlara şəfa dilənir. Qoy Uca Allah xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin!".

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara
© AFP 2020 / STRINGER

Qeyd edək ki, Ankarada baş vermiş terror aktı nəticəsində 29 nəfərin öldüyü, 61 nəfərinsə yaralandığı qeydə alınıb. Türkiyə paytaxtının mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsindəki terror hücumu saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib. Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb.

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. O, Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcəkdi.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək bu barədə məlumat verib. Nəticədə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini qeyd edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əlaqədar

Ankara terrorunun hədəfi türk hərbi pilotları olub
Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi
İrandan Ankara terroru ilə bağlı açıqlama gəldi
"Terror aktlarının bu gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur"
Ankarada dəhşətli terror
Teqlər:
məscid, terror, Ankara, Türkiyə, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi

Əsas mövzular