Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Uşaqlarınızın çox sevdiyi konfetin içindən görün nə çıxdı

© Sputnik / Fuad HasanovKonfetin içərisindən çıxan nazik məftil
Konfetin içərisindən çıxan nazik məftil - Sputnik Azərbaycan
Abunə olmaq
Ülviyyə Əliyeva: "Valideynlər hər şeyə diqqətli olsunlar. Aldıqları qidaları ilk əvvəl özləri açıb yoxlasınlar, daha sonra uşağa versinlər"

BAKI, 17 fev — Sputnik. Daha çox azyaşlı uşaqların sevdiyi "Pikolo" konfetinin içərisindən çıxan nazik məftil görənləri heyrətə salıb. Belə bir hala Sahil qəsəbəsində rast gəlinib.

4 yaşlı qızı "Pikolo"nu sevdiyi üçün tez-tez ona bu şirniyyatdan aldığını deyən, paytaxt sakini Ülviyyə Əliyeva həmin hadisədən sonra evə konfet almağa çəkindiyini deyir: "Valideynlər hər şeyə diqqətli olsunlar. Aldıqları qidaları ilk əvvəl özləri açıb yoxlasınlar, daha sonra uşağa versinlər".

© Sputnik / Fuad Hasanov"Pikolo" konfetləri
Pikolo konfetləri - Sputnik Azərbaycan
"Pikolo" konfetləri

Ülviyyə Əliyeva həmin şirniyyatın şəklini çəkərək Sputnik-ə göndərib.

Xəbər lenti
0