CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bugünkü gənclikdən nümunə götürürəm"

© day.azBahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Muradova: "Bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir. Əsas odur ki, qarşıya qoyulan hədəflərə daha sürətlə çatırıq. Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb"

BAKI, 2 fev — Sputnik. "Müstəqilliyin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivlərinin təhdidlərə məruz qalırdı". Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova, 2 fevral — Gənclər günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşündə deyib.

Mirhəsən Seyidov, İRƏLİ İctimai Birliyinin sədri - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Elə etməliyik ki, rəhbərin bizə ehtiyacı olsun..."

Bir qrup gənc deputatın da qatıldığı görüşdə B. Muradova bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynayıb: "Bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir. Əsas odur ki, qarşıya qoyulan hədəflərə daha sürətlə çatırıq. Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən edib. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıb".

Vitse-spiker qeyd edib ki, gəncliyə qoyulan kapital öz səmərəsini verir: "Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər ideya verir və istiqamətlər göstərir. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəlib. Bu gücün önündə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gəlir”.

YAP GB sədri Seymur Orucov çıxış edərək ölkə gənclərinə və onların həyata keçirdikləri layihələrə dəstək olduqlarına görə Milli Məclisin rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra YAP GB-nin “İdarəetmədə islahatlar və gənclik: gənclər Milli Məclisdə” layihəsinin təqdimatı olub.

Xəbər lenti
0