Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstandan Azərbaycana diri heyvanların idxalı qadağan olundu

© oxu.azQoyunlar
Qoyunlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qonşu ölkədə xırda və iribuynuzlu arasında yayılmış virus səbəbindən, Azərbaycan öz qapılarını Gürcüstanın üzünə bağlamalı olub

BAKI, 29 yan — Sputnik. Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov məlumat verib.

Farm sheep - Sputnik Azərbaycan
Dövlət Baytarlıq Xidməti Gürcüstan qadağasından danışdı

Onun sözlərinə görə, bu gündən etibarən Gürcüstandan Azərbaycana diri heyvanların (xırda və iribuynuzlu) idxalı dayandırılıb və bununla bağlı DBNX-da müvafiq əmr imzalanıb.

"Qərara səbəb Gürcüstanda yayılmış virusdur. Belə ki, Tbilisi şəhəri yaxınlığındakı Varketili ərazisində xırda buynuzlu heyvanlar arasında "göydil" virusu yayılıb. Və bu amil Xidmət tərəfindən sözügedən qərarın verilməsini zəruri edib", —deyə Y. Həsənov bildirdi.

Qadağanın müvəqqəti olduğunu qeyd edən Xidmət sözçüsünun bildirdiyinə görə, qadağa virusun aradan qaldırılması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olduqdan sonra götürüləcək: "Yanvarın əvvəlindən bu barədə məlumatımız var idi. Həmin vaxtdan da Gürcüstandan qoyunların gətirilməsinə icazə vermirdik. Bununla bağlı Beynəlxalq Epizootik Büronun da məlumatı var".

Xatırladaq ki, bir neçə saat öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində problemlə əlaqədar müzakirələr getdiyi barədə məlumat vermişdik.

Xəbər lenti
0