CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəryolservis": Küçə və prospektlərdə nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəryolservis" ASC: Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

BAKI, 27 yan — Sputnik. “Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.

Bu barədə Sputnik-ə "Azəryolservis" ASC-dən məlumat verilib.

“Yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir”, — deyə məlumatda bildirilir.

Xəbər lenti
0