18:20 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Azneft meydanında SOCAR-ın baş ofisi

SOCAR 20 milyonluq villa söhbətinə aydınlıq gətirdi

© Wikipedia/ Gulustan
CƏMİYYƏT
Qısa URL
28821

Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar şirkət tərəfindən araşdırılır.

BAKI, 25 yan-Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.

Sputnik Report-a istinadla bildirir ki, SOCAR-dan verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Məlumat üçün bildirək ki, haqqın.az saytının yazdığına görə, Q.Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K.Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K.Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.
Yazıda eyni zamanda Q.Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

Əlaqədar

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
SOCAR nefti hara satsın?
SOCAR itkin neftçilərin ailələrinə maddi yardımı öz üzərinə götürdü
SOCAR sponsorluq və xeyriyyəçilik fəaliyyətini məhdudlaşdırır
Teqlər:
Mehdiyeva Könül Fərhad qızı, Mikayıl İsmayılov, şirkətinin vitse-prezidenti, Bodrum, villa, Qiymət Mehdiyev, Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Türkiyə

Əsas mövzular