CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl sektorda çalışanlar dövlətin yadından çıxıb?

© pixabay / 889520İş yeri, ofis, kollektiv
İş yeri, ofis, kollektiv - Sputnik Azərbaycan
Abunə olmaq
Büdcə təşkilatlarında çalışan işçilərin maaşları cüzi də olsa artırılır. Amma eyni sözü özəl sektorda çalışan işçilər barədə demək mümkün deyil. Ekspertlər dövlətin bu proseslərin qarşısını almaq gücündə olmadığını deyirlər.

BAKI, 21 yan-Sputnik. Azərbaycanda baş verən sosial-iqtisadi gərginliyin, böhranın fonunda içşilərin əmək hüquqları və maaşları məsələsi də aktuallaşıb. Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışanların maaşlarında müəyyən artım olub. Amma eyni sözü özəl sektorda çalışan işçilər barədə demək mümkün deyil.

Оружие журналиста. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb

Özəl sektorda ya işçilərin ciddi ixtisarları gedir, ya maaşlar aşağı salınır, ya da devalvasiya və inflyasiya fonunda manatın indeksasiyası aparılmır. Beynəlxalq böhran təcrübəsi göstərir ki, belə vəziyyətlərdə əsas yük işəgötürənin üzərinə düşür. Mütəxəssislər işəgötürənlərə məsləhət görürlər ki, böhran vəziyyətlərində xəsislik etmək, pulları dövriyyəyə buraxmamaq daha qorxulu nəticələrə gətirir. Bu, maliyyə ajiotajının yaranması ilə yanaşı, ümumi inkişafın qarşısını kəsir, əhalinin sosial rifahının pisləşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Son anda yenə də bu vəziyyət biznes sektorunun iflic olmasına gətirib çıxarır.

Bəs Azərbaycanda özəl sektorda çalışanların məvacibləri ilə bağlı problem necə həllini tapmalıdır? Dövlət özəl sektorda iş yerlərinin azaldılmaması, maaşların artırılması və ya indeksasiyası ilə bağlı hansısa addımlar atmaq səlahiyyətinə malikdirmi?

© NeytralSamir Əliyev - iqtisadçı
Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
Samir Əliyev - iqtisadçı

İqtisadçı-ekspert Samir Əliyev bu məsələni Sputnik-ə şərh edərkən deyib: "Dövlət minimum əməkhaqqı müəyyən edir və özəl sektora da deyir ki, bundan aşağı maaş verə bilməzsiz. Amma dövlət maaşların yuxarı həddi, yaxud da dövlətlə paralel olaraq qaldırılması məsələsinə qarışa bilməz. Düzdür, Vergilər Nazirliyi çox vergi tutmaq məqsədilə müəssisələri məcbur edir ki, maaşları artırsınlar. Məsələn, orta aylıq əmək haqqı bizdə 450 manatdırsa, sən işçiyə 300 manat verə bilməzsən. Belə qeyri-rəsmi təsir mexanizmləri olur".

"Amma rəsmi tərəfi bazardakı qiymətlərdən, maliyyə vəziyyətindən asılıdır. Maliyyə vəziyyəti düzəldikcə, təbii ki, özəl şirkətlər də ona uyğun olaraq maaşları artırırlar. Dövlətin qeyri-dövlət sektoruna birbaşa təsir imkanı yoxdur. Maaş artımı sadəcə tövsiyə xarakteri daşıya bilər", —deyə mütəxəssis bildirdi.

Onun sözlərinə görə, maliyyə vəziyyəti ağırdırsa, özəl sektor ixtisarlar etməyə məcburdur: "Dövlət də hazırda qeyri-rəsmi olaraq özəl strukturlara tapşırır ki, eybi yox, az qazanın, amma işçiləri ixtisar etməyin, işsizlik yaranmasın. Amma maaşları artırmaq, indeksasiya aparmaq hələ ki, qeyri-realdır. Devalvasiyadan sonra qiymətləri də artırmağa qoymadılar. Bu da maaş artımına imkan verməyən bir amildir. Qiymət artımı, kompensasiyalar olmadığına görə, şirkətlər, lap elə iaişə obyektləri, işçilərin maaşlarını azaldırlar. Çox təəssüf ki, biz işçilərin ixtisarını, maaşların azaldılmasını müşahidə edirik. Vəziyyət maaşların artırılmasına deyil, azaldılmasına yönəldilib".

© Photo : Facebook / Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov isə Sputnik-ə bildirib ki, özəl müəssisələrdə işləyən işçilərin maaşları minimum əmək haqqından aşağı olmamalıdır. Yuxarı həddi isə işəgötürən sahibkar özü müəyyən edir: "Əmək qanunvericiliyi bu məsələni kollektivlə işəgötürənin üzərinə qoyur. Kollektiv müqavilələr üsulu var. Təəssüf ki, Azərbaycanda cəmi 11 min müəssisədə belə kollektiv müqavilələr bağlanır. Halbuki ölkədə irili-xırdalı iş yerləri yarım milyondan çoxdur. Ona görə bu məsələ Əmək Məcəlləsində kollektivlə işəgötürənin və Həmkarlar İttifaqının üzərinə qoyulur ki, oturun, danışın, müqavilə bağlayın, bütün məsələləri həll edin. Yəni bu gün işəgötürən üçün yuxarı hədd yoxdur".

S.Məmmədovun sözlərinə görə, indi ixtisarların fonunda işçilər nəinki əməkhaqqının artırılması barədə tələb qoya bilmir, hətta iş yerlərinin saxlanılması uğrunda mübarizə aparırlar: "Hazırda işçilərin maaş artımı barədə tələb qoymasının qarşılığında işəgötürənin maaşı artırması mümkün görünmür".

O bildirib ki, işəgötürənin kollektiv qarşısında korporativ sosial məsuliyyəti var: "Bu daha çox mənəvi məsələdir, nəinki hüquqi. İşəgötürənin imkanı var ki, bu gün daha az qazansın və daha çox maaş versin. Amma işəgötürənin özünü də bu məsələdə qınamaq olmur. Onların o qədər yükləri var ki. Hələ gələcəkdə sosial sığorta sisteminin formalaşdırılması ilə bağlı olaraq bu yük daha da artacaq. Ona görə də işəgötürənən üstünə çox getmək olmur. Çox gedəndə də müəssisəni bağlayır. İndi vəziyyət çətindir və mənim də bununla bağlı reseptim yoxdur. Amma hüquqi tərəfləri də budur ki, məsələn, Almaniyada olduğu kimi, əmək kollektivləri işəgötürənlər qarşısında öhdəlik qoyurlar, həmkarlar ittifaqları işəgötürənlərlə danışıqlar aparırlar, əməkhaqqı artırılır, müqavilə bağlanır və s. Yəni bu, danışıqlar yolu ilə tənzimlənir".

Xəbər lenti
0