11:34 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
279 0 0

Gömrük sistemində ixtisarların olacağı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirilib. Hazırda bu məsələnin gündəmdə olmadığı bildirilib.

BAKI, 20 yan — Sputnik. Dövlət Gömrük Komitəsində (DGK) ixtisarların olacağı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirilib.

Sputnik "Report"a istinadən xəbər verir ki, DGK-nın sədr müavini Şahin Bağırov jurnalistlərə açıqlamasında bu haqda suala cavab verib.

"Hazırda gömrük sistemində ixtisarlar aparılması nəzərdə tutulmur. Bu, gələcəkdə ola bilər, lakin hazırda gündəmdə deyil", —deyə sədr müavini bildirib.

Xatırladaq ki, neftin qiymətinin düşməsi, manatın devalvasiyası və büdcə kəsirlərinin yaranması ilə bağlı, gömrük sistemində ixtisarlar aparılacağı barədə məlumatlar yayılıb. Hətta yayılan məlumatlar sırasında Dövlət Gömrük Komitəsinin ümumiyyətlə ləğv ediləcəyi və səlahiyyətlərinin digər qurumlar arasında bölüşdürüləcəyi də yer alır.

Əlaqədar

Azərbaycan və İran sutkalıq gömrük rejiminə keçəcək
"Gömrüklə bağlı qərarın dəyişdirilməsi iki səbəbə bağlıdır"
Gömrükdə 10 min dollaradək olan güzəşt ləğv edildi
Prezidentin gömrüklə bağlı verdiyi fərman rüşvət sistemini zəiflədəcək
Azərbaycanla Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradırlar
Teqlər:
Şahin Bağırov, ixtisar, Dövlət Gömrük Komitəsi

Əsas mövzular