11:08 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
95

Əkrəm Həsənov: "5 min dollaradək olan kreditlərin əvvəlki məzənnə ilə ödənişi heç nəyi dəyişməyəcək. Çünki faktiki olaraq həmin kreditlər "batıb" artıq və onların 90 faizini onsuz da qaytarmaq mümkün deyil"

BAKI, 19 yan — Sputnik. Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığımın tətbiq edilməsi planlaşdırılır. Bu, Milli Məclisdə "Valyuta tənzimlənməsi haqqında" qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişiklilərə əsasən, bu, müalicə və təhsil xərcləri, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının icrası ilə bağlı xaricə pul köçürmələrinə şamil edilməyəcək. 20 faiz həcmində icbari yığım qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin alınması üçün birbaşa investisiya qismində çıxarılan valyutaya da aid ediləcək.

Məsələni Sputnik-ə şərh edən, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, hazırda ölkədən kənara valyuta axını güclüdür və sözügedən dəyişiklik bu səbəbdən edilib: "Hesab edirəm ki, bu qərar gecikib. Dəfələrlə demişəm ki, ölkədən valyuta axınının qarşısını almaq lazımdır. Bunun qarşısın almaq üçün qanun da qəbul etməyə ehtiyac yox idi. Mərkəzi Bankın səlahiyyəti çərçivəsində olan bir şeydir. Öz daxili qaydaları ilə bu məsələni həll edə bilər. Hesab edirəm ki, bu addım vaxtında atılmayıb".

"Ölkədən valyutanın xeyli hissəsi çıxarılandan sonra bu elə də real nəticə verməyəcək. Onsuz da ölkədə valyuta az qalıb. Ona görə də ciddi bir dəyişiklik gözləmirəm. Ümumən sadə insanlar üçün bu artıq heç nəyi dəyişməyəcək. Vaxtında edilsəydi, bunun əhaliyə xeyli köməyi olacaqdı ki, milli valyutanın dəyərdən düşməsinin müəyyən mənada qarşısı alınsın", —deyə ekspert bildirdi.

Azərbaycan hökuməti 5000 dollara qədər olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu isə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, köhnə məzənnə ilə yeni məzənnə arasındakı fərq üçün kompensasiya 250 milyon dollar təşkil edə bilər.

Bu məsələ ilə bağlı Əkrəm Həsənov Sputnik-ə bildirib ki, belə bir qərar olsa, bu, əhalinin xeyri üçün deyil, bank sistemi üçün atılan addım olacaq: "Çünki, 5 minə qədər olan kreditlər üzrə bir qayda olaraq girov yoxdur. 5 minə qədər olan kreditlər üzrə borcu alanın gəliri yoxdur".

Onun sözlərinə görə, faktiki olaraq həmin kreditlər "batıb" artıq: "Onların 90 faizini onsuz da qaytarmaq mümkün deyil. Həmin kreditlərin köhnə məzənnə ilə ödənilməsi dedikdə, sadəcə dövlət 250 milyon dolları məhz bank sisteminə vermiş olacaq. Bu mənada bank sisteminə müsbət təsiri ola bilər".

Əlaqədar

Dollarla kredit götürən vətəndaşlarımızın aqibəti yaxşı olmayacaq
Banklar məhz bu sahəyə kredit vermək istəmir
"Azərbaycan Kredit Bankı"na kreditlərini ödəməyənlər məhkəməyə verilir
Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib
Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır
Teqlər:
50 min dollar, pulköçürmələri, Elman Rüstəmov, Əkrəm Həsənov, pul, kredit, bank

Əsas mövzular