CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanda ən çox korrupsiya bank sektorunda baş verir"

© minfin.com.ua Банк
Банк - Sputnik Azərbaycan
Abunə olmaq
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bank sektorunda cinayət əməllərinə görə 29 cinayət işi qaldırılıb və 48 nəfər məsuliyyətə cəlb edilib.

BAKI, 15 yan — Sputnik. Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini — Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, bank sektorunda cinayət əməllərinə görə 29 cinayət işi qaldırılıb və 48 nəfər məsuliyyətə cəlb edilib.

O qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tikinti və özəl sektordur.

Xəbər lenti
0