CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: Müəllimin dar şalvarda olması tədrisə mənfi təsir edir

© facebook/Vafa Valiyeva / Mediabanka keçidMüəllimlər üçün təlimlər
Müəllimlər üçün təlimlər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda müəllimlər üçün vahid geyim formasının tətbiqinə hələ bir neçə il əvvəl Bakı şəhərindən başlanılıb.

BAKI, 11 yan — Sputnik. Azərbaycanda müəllimlər üçün vahid geyim formasının tətbiqinə hələ bir neçə il əvvəl Bakı şəhərindən başlanılıb. Paytaxtın bəzi məktəbləri öz təşəbbüsləri ilə vahid geyim formasının tətbiqi məsələsini gündəmə gətiriblər, həmin məktəblərin müəllimləri də dərsə vahid geyim forması ilə gəlməyə başlayıblar.

Sumqayıtda məktəb müəllimləri üçün vahid geyim forması tətbiq edilməsə də, şəhər İcra Hakimiyyətinin başçısı keçirdiyi iclasda buna yaxın bir qərar verərək qadın müəllimlərə məktəbə şalvar geyinib gəlməməyi, ümumiyyətlə, ciddi formada geyinməyi məsləhət bilib.

Qeyd edək ki, Azərbaycanda Təhsil Nazirliyi tərəfindən müəllimlərin şalvar geyinməsi ilə bağlı hər hansı qadağa qoyulmayıb. Lakin Təhsil Nazirliyinin əmri ilə 2014-cü ildə təsdiqlənmiş “Müəllimlərin etik davranış qaydaları”nda da müəllimlərin geyim forması ilə bağlı konkret qadağalar nəzərdə tutulmasa da, həmin sənəddə qeyd edilir ki, müəllim xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman diqqətli olmalıdırlar.

Bu sənədlə müəllimlərin məktəbə səliqəli formada gəlməsinin artıq bir tələb olduğunu deyən təhsil eksperti Əjdər Ağayev Trend-ə bildirib ki, indiki dövrdə bütün məktəb müəllimləri üçün vahid geyim formasının tətbiqi münasib hesab edilə bilməz: “Amma müəllimlər öz geyimlərinə diqqət edə bilərlər. “Müəllimlərin etik davranış qaydaları”nda da göstərilir ki, müəllimlər səliqəli formada olmalıdırlar”.

Ekspert bildirib ki, qadın müəllimlər açıq-saçıq geyimdə məktəbə gəlməməlidirlər. Onların məktəbə dar şalvar geyinib gəlməsi də tədris mühitinə mənfi təsir göstərir: “Qadınlar məktəbə dar şalvar geyinib gəldikdə qız şagirdlər də ona baxıb elə geyinə bilərlər”.

Məkəblərdə geyim mədəniyyətinin yayılmasını vacib hesab edən ekspert deyib ki, bəzi məktəblərdə kişilər məktəbə saqqallı formada gəlirlər. Bu isə müəllim üçün yolverilməz hesab edilir.

Xəbər lenti
0