17:22 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
44 0 0

Meyiti tapılan şəxsin 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlu olduğu müəyyənləşdirilib.

BAKI, 11 yan — Sputnik. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən, bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin kimliyi məlum olub.

FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, meyiti tapılan şəxsin 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlu olduğu müəyyənləşdirilib. 

Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq  Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.

Əlaqədar

FHN: neftçinin cəsədini Azərbaycan gəmisi aşkarlayıb
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb
Neftin qiyməti yenə düşdü

Əsas mövzular