CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gözümüzün önündə qaçqınlar dənizlərdə boğulur..."

© Sputnik/Fuad HasanovYadigar Məmmədli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi
Yadigar Məmmədli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi"nin aparıcı məsləhətçisi: "Bir çox dünya ölkələrinin həsədlə baxdığı multikulturalizm ənənəsi azərbaycanlıların gündəlik həyat tərzinə çevrilib"

BAKI, 11 yan — Sputnik. "Multikulturalizmin çağdaş dövrdə siyasi banisi ümummilli lider Heydər Əliyev olub. O, multikulturalizm ənənəsini bu ölkənin həyat tərzinə çevirməyi bacaran tarixi şəxsiyyətdir".

Bunu "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi"nin aparıcı məsləhətçisi Yadigar Məmmədli Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün bir çox dünya ölkələrinin həsədlə baxdığı multikulturalizm ənənəsi azərbaycanlıların gündəlik həyat tərzinə çevrilib.

"Bu mühit Azərbaycanda əsrlərdir mövcuddur. Bu torpaqlarda yaşayan hər millət bu vətənin övladıdır. Bizim hamımızı — türkü, talışı, ləzgini, avarı və s. bir ideya birləşdirir — "Azərbaycançılıq"", —deyə Y.Məmmədli qeyd edib.

Mərkəzin 2014-cü il mayın 15-də ölkə başçısının sərəncamı ilə yaradıldığını xatırladan Y.Məmmədli, 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunmasını əlamətdar hadisə adlandırıb: "Mərkəz yarandığı gündən biz çoxlu işlər görmüşük, layihələr həyata keçirmişik. Ən ciddi layihəmiz isə, "Multikulturalizm" fənnini universitetlərdə tədris etməyimizdir. Yaxın vaxtlarda bu fənni orta təhsil məktəblərinə də daxil etməyi planlaşdırırıq. Çünki multikulturalizmin içində həm ədəbiyyat var, həm mədəniyyət, həm də tarix".

İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etdi

Mərkəz rəsmisi, Azərbaycandakı multikulturalizmin xarici ölkələrdə tanıtdırılması istiqamətində ciddi işlər gördüklərini deyib: "Bizim məqsədimiz bu ənənəni xaricilərə ən asan yolla çatdırmaqdır. Bunun üçün yay məktəbləri təşkil etmişdik. İndi isə bununla kifayətlənməyib, qış məktəbləri təşkilini planlaşdırırıq".

Milli, dini və irqi dözümsüzlüyün Qərb ölkələrində geniş yayıldığını deyən Y.Məmmədli, xüsusilə Avropada ərəb ölkələrindən olan miqrantlara qarşı çox pis davranıldığını qeyd edib: "Dünyanın gözü qarşısında qaçqınlar dənizlərdə boğulur, həyatlarını itirir. Dünya belə işlərə biganə qaldığı halda, Azərbaycanda belə modelin olması bir fürsətdir, ciddi təbliğ olunmalıdır".

Xəbər lenti
0