CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN: neftçinin cəsədini Azərbaycan gəmisi aşkarlayıb

© publika.azFövqaladə Hallar Nazirliyi
Fövqaladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyitinin tapılması barədə məlumat yayıb.

BAKI, 11 yan — Sputnik. Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyitinin tapılması barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.

Aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xüsusi qeyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Xəbər lenti
0