CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinin qida rasionu dəyişir

© Sputnik / Владимир Песня / Mediabanka keçidƏt kəsimi
Ət kəsimi - Sputnik Azərbaycan
Abunə olmaq
Ət və ət məhsullarının qiyməti qalxıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, dükanlar bağlanır, qəssablar məyusdur

BAKI, 11 yan — Sputnik. Ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq məhsullarındandır. Ət və ət məhsulları yüksək bioloji dəyərli qida kimi mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr var.

Gün ərzində orta hesabla ən azı 150 qram, ildə isə təхminən 60-65 kq ət və ət məhsullarının istehlak edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmdə maddələr mübadiləsi üçün ən zəruri olan elementlər ət хörəklərinin tərkibində hazır şəkildə olur. Ətin tərkib hissələri insan orqanizminin tərkibinə daha yaхındır və ona gorə də daha tez və asan mənimsənilərək hüceyrələrdə enerji mənbəyi kimi istifadə olunur.

Sputnik-in əməkdaşı bu gün Bakıda ət satılan dükanlarda müşahidələr aparıb, qiymətlərlə maraqlanıb.

İlk olaraq Abşeron rayonunda ət satılan dükana girdik. Ətin qiyməti dükanın qapısına vurulmuşdu: mal əti 7 manat 50 qəpik, qoyun əti 9 manat. Alıcılar demək olar ki, yox idi. Satıcı ilə söhbət etdik. Dedi ki, əti 7 manata satırdı, artıq 2-3 gündür ki, ətin qiymətini qaldırıb.

"Biz inəkləri diri şəkildə rayonlardan gətirib, burda kəsib satırıq. Rayonlardan aldığımız inəklərin sahibləri bizə baha qiymətə satırlar. Biz də 7 manata satırdıq, indi üstünə 50 qəpik əlavə edib satırıq. Dollar qalxıb, ona görə qiymətlər qalxıb", —dedi satıcı.

Onun sözlərinə görə, yerli ət istehsalı ölkə əhalisinin tələbatını ödəmir: "Ona görə də xaricdən dollar ilə ət alıb gətirirlər. Məsələn, Ukraynadan mal əti gətirilir. Gürcüstandan qoyun gətirilir. Mən maraqlı deyiləm ki, əhaliyə baha qiymətə ət satım. Biz də istəyirik ki, ucuz qiymətə sataq, camaat da alsın. Bir müddətdir ki, alıcıların sayı da azalıb".

Fleischimport nach Russland - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik ətin qiymətinin artmadığını bəyan edib

Satıcı ətə olan tələbatın azaldığını və alıcılıq qabiliyyətinin aşağı düşdüyünü də qeyd etdi.

Yasamal rayonunda bəzi ət satılan dükanların bağlandığını da gördük. Dükanların üstündə arendaya verildiyi qeyd olunub.

Bu rayon ərazisində yerləşən bir ət dükanına baş çəkdik. Satıcı dedi ki, mal ətinin 1 kilosu 8 manata, qoyun əti isə 10 manatadır.

"Əvvəllər mal ətini 7 manat 50 qəpiyə satırdım. İndi qiyməti qaldırmışam. Dolların qalxması ilə bağlıdır. Qoyun ətini isə elə əvvəllərdən 10 manata satırdım", —satıcı bildirdi.

Həmin dükanda da alıcılar gözə dəymirdi. Burada da satıcı ət alanların sayının xeyli azaldığını bildirdi.

Fleischimport nach Russland - Sputnik Azərbaycan
Bərdədə 20 tondan çox yararsız ət aşkarlanıb

Bildirək ki, qoyun ətinin 1 kilosunun 11 manat 80 qəpiyə satıldığı supermarketlər də var. Onlarda devalvasiyadan qabaq bu qiymət 10 manat 80 qəpik olub.

Göründüyü kimi, devalvasiya ət və ət məhsullarından da yan keçməyib. Bununla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə bahalaşmanın təəccüblü olmadığını bildirdi: "Hökumət inzibati yollarla qiymət artımının qarşısını almaq istəyir. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə süni qiymət artımına qarşı layihə həyata keçirir. Layihə çərçivəsində müəyyən işlər aparırıq, görüşlər keçiririk".

E.Hüseynovun sözlərinə görə, hansısa bir qəssab mal ətini satıb, əvəzində başqa məhsullar alır: "Digər sahələrdə qiymətlər qalxdığı üçün, onlar da məcburdurlar ki, qiyməti qaldırsınlar. Bunu tələbin artması ilə müəyyənləşdirmək olmaz".

© faktxeber.comEyyub Hüseynov
Eyyub Hüseynov - Sputnik Azərbaycan
Eyyub Hüseynov

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ilin 11 ayı ərzində Azərbaycana 17 064,44 min dollar dəyərində ət idxal edilib. 2014-cü ilin eyni dövrü ilə mqayisədə bu göstərici 17 044,91 min dollar olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox diri çəkidə ət istehsal olunub.

© cenubnews.comDövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi  - Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsi

2009-2015-ci illərdə "Aqrolizinq" ASC vasitəsilə Respublikaya 16 min baş damazlıq heyvan gətirilib (Almaniyadan, Avstriyadan və s.) və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib. Həmin damazlıq heyvanların sayı artaraq 30 min başa çatıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə Tədbirlər Planına uyğun olaraq, manatın üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0