20:58 13 Dekabr 2017
Canlı yayım
Valyutadəyişmə

AMB hər kəsə ən çoxu 1000 dollar satmağı tövsiyə edib

© Facebook/ Dilgam Ahmad
CƏMİYYƏT
Qısa URL
17711

Azərbaycan Mərkəzi Bankı valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün iri kommersiya banklarına tövsiyə məktubu göndərib.

BAKI, 30 dek-Sputnik. Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.

Sputnik "APA-Economics"ə istinadla bildirir ki, AMB iri kommersiya banklarına valyuta mübadiləsini bərpa etməyi tapşırıb. Məktubda AMB valyuta mübadiləsinə limitin tətbiq edilməsini tövsiyə edib.

Maksimum limit hər nəfərə 1000 dollar səviyyəsində müəyyənləşib.

"Mərkəzi Bank məktubda bildirib ki, bankların xarici valyuta ilə təminatında heç bir problem yaşanmayacaq. Bu addım valyuta bazarında spekulyasiyaların, əhali arasında isə ajiotajın aradan qaldırılmasına hesablanıb", — deyə mənbə bildirib.

Azərbaycan Mərkəzi Bankı əhalinin nəzərinə çatdırıb ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

Əlaqədar

Azərbaycan Mərkəzi Bankı manatın dollara qarşı ucuzlaşdığını açıqlayıb
Dollar "qara bazar"ının "qəhrəmanlar"ı tutuldu
Əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Bakıda dolları 2 manata satan 3 dəllal tutuldu
Teqlər:
dollar, üzən məzənnə, valyuta məzənnəsi, valyuta, Mərkəzi Bank, manatın devalvasiyası, manat, Azərbaycan Mərkəzi Bankı

Əsas mövzular