20:46 13 Dekabr 2017
Canlı yayım
Azərsun Holdingin binası

"Azersun Holding"ə məxsus şirkət bağlandı

© Foto: Businesset
CƏMİYYƏT
Qısa URL
39701

"Trust Asset Management" MMC ləğv olunduğunu elan edib.

BAKI, 30 dek-Sputnik."Azersun Holding" MMC-nin tərkibindəki Azərbaycanda aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan "Trust Asset Management" MMC ləğv olunub.

Sputnik Vergilər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Trust Asset Management" MMC ləğv olunduğunu elan edib.

Kreditorlar bu MMC-yə dair tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanına bildirə bilərlər.

"Trust Asset Management" MMC "Trust Asset Management" MMC 22 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 min manat təşkil edən şirkətin rəsmi təmsilçisi, "Azersun Holding" MMC-nin baş direktoru Ahmet Yemandır.

31 oktyabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Trust Asset Management" MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib.

Əlaqədar

Məşhur sığorta şirkəti bağlandı
Teqlər:
aktiv, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, "Trust Asset Management" MMC, "Azersun Holding" MMC, Azersun Holding, lisenziya

Əsas mövzular