20:58 13 Dekabr 2017
Canlı yayım
dollar

Dollar "qara bazar"ının "qəhrəmanlar"ı tutuldu

© Sputnik / odollara.ru
CƏMİYYƏT
Qısa URL
17602

Azərbaycanda polis qanunsuz valyuta mübadiləsi həyata keçirən daha 5 nəfəri saxlayıb.

BAKI, 30 dek-Sputnik. Azərbaycanda polis qanunsuz valyuta mübadiləsi həyata keçirən daha 5 nəfəri saxlayıb.

Sputnik Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) məlumatına istinadla xəbər verir ki, BPİ-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə saxlanan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Sözügedən şəxslər şəxslər Masallı sakini Həmidov İlqar Qunsur oğlu (1975 təvəllüd), İmişli sakini Abdullayev İstəməli Telman oğlu (1994 təvəllüd), Ağdam sakini Jəfərov Əfqan Jəlal oğlu (1967 təvəllüd), Cəlilabad sakini Şahbazov Habil Həbulla oğlu (1967 təvəllüd), Cəlilabad sakini Nağıyev Hüseyn Eldar oğludur (1985 təvəllüd).

Bakı Şəhər BPİ rəsmən elan edib ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Xatırladaq ki, dekabrın 28-də də Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.

Dekabrın 21-də baş verən manatın devalvasiyası ölkədə dollar "qara bazar"ının yaranmasına səbəb olub. Bəzi işbazlar bu situasiyadan istifadə edərək dolların qanunsuz alqı-satqısını həyata keçirirlər.

Əlaqədar

Əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Bakıda dolları 2 manata satan 3 dəllal tutuldu
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi
Dollar manata nəzərən cüzi bahalaşdı
Teqlər:
xarici valyuta, qara bazar, dollar, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Bakı şəhər Baş Polis İdarəsi

Əsas mövzular