02:57 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Masazır

Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var

© gsr.fm
CƏMİYYƏT
Qısa URL
20211

Masazır ərazisində palçıq vulkanları, metan qazı axını və neft-bitum çıxışlarının olduğu barədə geniş məlumat hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

BAKI, 25 dek-Sputnik. Masazır ərazisində palçıq vulkanları, metan qazı axını və neft-bitum çıxışlarının olduğu barədə geniş məlumat hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Sputnik APA-ya istinadla xəbər verir ki, baş nazirin müavini Abid Şərifovun tapşırığı ilə Geologiya və Geofizika İnstitutu tərəfindən 2015-ci ildə Masasız qəsəbəsində qaz sızması nəticəsində yaranmış vəziyyət araşdırılıb.

Geologiya və Geofizika İnstitutunun hesabatında qeyd edilib ki, elektrik kəşfiyyatının ŞEZ (Şaquli elektrik zondlama) üsulu ilə tədqiqatlar (çöl işlərinin həcmi 607.6 pm), metan qazı axınının təyini məqsədilə aktiv tektonik zonalarda radiometrik tədqiqatlar aparılıb, əraziyə yaxın olan 3 palçıq vulkanı (Keyrəki, Abix və Zigilpiri) və neft-bitum çıxışları haqqında geniş məlumat hazırlanıb.

Aparılmış tədqiqatlar nəticəsində sahə üzrə metan qazının paylanma xəritəsi tərtib edilib. ŞEZ üsulu ilə aparılmış çöl işlərinin nəticələrinə əsasən iki profil üzrə geoelektrik və geofiziki-litoloji kəsilişlər tərtib edilib.

Hər iki profil üzrə aparılmış emal işləri nəticəsində sahənin geoloji kəsilişini təşkil edən süxurların fərz olunan və xüsusi elektrik müqavimətləri, həmçinin bu profillər üzrə şimal-şərq istiqamətində ehtimal olunan pozulma xətləri təyin edilib.

Həmin ərazidə təhlükəli zona ayrılıb, orada təsərrüfat işlərinin aparılmasının, xüsusilə yaşayış binalarının tikilməsinin böyük təhlükə yaratmasına, xoşa gəlməyən sonluqla nəticələnməsinə dair Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib.

Əlaqədar

Masazırda neft quyuları üzərində tikilən evlər köçürülməyəcək
Teqlər:
ŞEZ, metan, neft-bitum, geofiziki-litoloji, Zigilpiri, Abix, Keyrəki, Geologiya və Geofizika İnstitutu, Abid Şərifov, Masazır

Əsas mövzular