Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: ev alqı-satqı bazarında anormallıq var

© Ruslan Krivobok / Mediabanka keçidEv alqı-satqısı. Arxiv şəkli
Ev alqı-satqısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Həsənov: Bakıdakı 1 otaqlı köhnə tikili evin qiymətinə İstanbulda 3, 4 otaqlı yaxşı təmirli mənzil almaq olur. Lakin müqayisə etdikdə, onlarda orta aylıq əmək haqqı bizimkindən çoxdur.

BAKI, 21 dek – Sputnik. Manatın dollara nisbətdə dəyərdən düşməsi, evlərin qiymətinin necə olacağı sualını gündəmə gətirib.

Bir çox mütəxəssislər onsuz da ölü vəziyyətdə olan daşınmaz əmlak bazarında ciddi dəyişiklik gözləmədiklərini bildiriblər.

Daşınmaz əmlak üzrə ekspert Fuad Həsənov Sputnik-ə açıqlamasında yeni məzənnənin bu sahəyə elə də ciddi təsir etməyəcəyini iddia edib.

“Ümumiyyətlə daşınmaz əmlak bazarı 10 ilə yaxındır ki, reallığı əks etdirmir. Qiymətlər əhalinin orta aylıq gəlirinə uyğun hesablanmır. Və bunu hər kəs də bilir. Alqı-satqı da çox aşağı səviyyədədir. Manat dəyişsə də dəyişməsə də bu sahədə uzun illərdir hökm sürən anormallıq bazara ciddi zərbə vurmaqda davam edir”, deyə o bildirib.

Ekspertin sözlərinə görə, Bakıdakı 1 otaqlı köhnə tikili evin qiymətinə İstanbulda 3, 4 otaqlı yaxşı təmirli mənzil almaq olur.

Bakıdakı Sunny Electronics dükanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektron mallarda qiymət dəyişikliyi necə olacaq?

“Halbuki müqayisə etdikdə, onlarda orta aylıq əmək haqqı bizimkindən çoxdur. Bu özü bizim bazarda anormallıq olduğunu sübut edir”, deyə o vurğulayıb.

Həsənov sonda əlavə edib ki, daşınmaz əmlak bazarına dövlətin nəzarəti çox zəifdir: “Əgər əmlak alqı-satqı bazarı canlansa bundan dövlət də ciddi gəlir əldə edər. Rəqabət mühiti güclənər, həm insanlar evsiz qalmaz, həm də büdcəyə əlavə gəlirlər girər”.

Xəbər lenti
0