CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz Şaxta Baba və Qar Qızı 80 manat cərimə gözləyir

© kudagoДед Мороз и Снегурочка
Дед Мороз и Снегурочка - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə qədər 10 nəfər Şaxta Baba və Qar Qız olmaq üçün müraciət edib.

BAKI, 17 dek-Sputnik. Yeni il günlərində Bakıda Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsinə dekabrın 20-dən başlanılacaq.

Sputnik Trend-ə istinadla xəbər verir ki, bunu Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, artıq Şaxta Baba və Qar Qız olmaq üçün 10 nəfər müraciət edib.

Hazırda bu müraciətlərə baxıldığını deyən Ə.Bağırov adətən, dekabrın 20-25-də müraciətlərin daha çox daxil olduğunu da qeyd edib.

Departament rəsmisi əlavə edib ki, Şaxta Baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödənilir: "Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan Şaxta Baba, Qar Qızla şəkli özləri çəkirlər. Son illərdə Şaxta Baba, Qar Qız olmaq istəyənlərin də sayı azalıb, buna görə müraciətlər də az daxil olur".

"İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta Baba, Qar Qız fəaliyyəti ilə qanunsuz məşğul olmaq istəyənlər 80 manat məbləğində cərimələnə bilərlər." — deyə Ə.Bağırov əlavə edib.

Xəbər lenti
0