08:18 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
198 0 0

Ali məktəblərdə "Akademik yazı" və "Tədqiqat üsulları" fənlərinin tədris planına daxil edilməsi nəzərdə tutulur.

BAKI, 16 dek-Sputnik. Azərbaycanın ali məktəblərində yeni fənlərin tədrisinə başlamaq nəzərdə tutulur.

Sputnik Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov I kursda bakalavrlara "Akademik yazı" fənninin keçirilməsinin planlaşdırıldığını deyib.

O, bildirib ki, "Akademik yazı" tələbənin apardığı elmi araşdırmanın yazılı təqdimat formasıdır: "Bütün dünyada tədqiqatçının məqalə yazmasının standart bir forması var. Dünyada elmi jurnallar həmin formaya uyğun gəlməyən məqaləni qəbul etmirlər. Bu, bir yazı mədəniyyətidir. Bu gün bizim tələbələrin həqiqətən də bu yazı mədəniyyəti ilə bağlı problemləri var, onların elmi məqalə yazmaq mədəniyyətləri formalaşmayıb. Buna görə də tələbələrimizə aşılamalıyıq ki, onlar öz fikirlərini yazılı formada başqalarına necə çatdıra bilərlər".

İbrahimov sözlərinə görə, "Akademik yazı" tələbələrə bir semestr ərzində keçiriləcək. Bundan başqa, ali məktəblərdə "Tədqiqat üsulları" fənninin də plana daxil edilməsi nəzərdə tutulur. Bu fənnin bakalavriat səviyyəsi ilə yanaşı, magistratura səviyyəsində də oxuyanlar üçün keçirilməsi planlaşdırılır. "Tədqiqat üsulları" fənnini plana daxil etməkdə məqsəd tələbələrdə tədqiqat aparmağa meyl yaratmaqdır.

Əlaqədar

Dörd universitet rektoru dəyişəcək
Bizim universitetlərin dünya reytinqinə düşməsi mümkündürmü?
Azərbaycanda universitet bağlandı
Pedaqoji Universitet yeni ünvana köçəcək
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılır
Səfir: Bakıda Fransa-Azərbaycan universiteti yaradılacaq
Mingəçevir Dövlət Universiteti yaradılacaq
Teqlər:
yeni fənlər, universitet, magistr, bakalavr, Akademik, Təhsil Nazirliyi, tələbə, Akademik yazı fənni, Akademik yazı, universitetdə yeni fənlər, Təhsil Nazirliyi, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsi, Natiq İbrahimov, Azərbaycan

Əsas mövzular