03:25 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Uşaq gəlin - erkən evlilik

Erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır

gelindegilcocuk
CƏMİYYƏT
Qısa URL
637 0 0

Komitə sədri Hicran Hüseynova: Son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb.

BAKI, 16 dek-Sputnik. Bir müddət ölkədə erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb. Sputnik-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı belə deyib.

O bildirib ki, son 2 ildə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb: "Bunlardan 17-nin qarşısı alınıb. Erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır".

Hüseynova çıxışında Bakının Nardaran qəsəbəsində uşaqların təhsildən yayınmasına da münasibət bildirib: "Uşaqların təhsildən yayınması, habelə erkən nikahlar daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxarır. Buna əyani nümunə Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur və uşaqlar radikal dini və siyasi qruplara cəlb edirlər."

Komitə sədrinin sözlərinə görə, uşaqların dərsdən yayındırılmasında əsas rolu atalar oynayır: "Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciət olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur".

Əlaqədar

Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vurulub
Qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib
Bu il Azərbaycanda doğumun sayı 124 mini, nikahların sayı 50 mini ötüb
Nikahdan əvvəlki müayinələr şok nəticələri ortaya çıxardı
Səhiyyə naziri: Nikahdan əvvəl tibbi müayinə talassemiyanı azaldacaq
Nikaha daxil olmaq istəyənlər bu gündən tibbi müayinədən keçməlidirlər
İrlandiya eynicinslilərin nikahını referendumla təsdiqlədi
Teqlər:
məktəb, Komitə, radikal qruplar, din, erkən nikah, ailə, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, radikal, ana, ata, uşaq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Hicran Hüseynova, Nardaran, Azərbaycan, Bakı

Əsas mövzular