11:01 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq

Azərbaycan-Türkiyə hərbi dialoqu sona çatıb

mod.gov.az
CƏMİYYƏT
Qısa URL
1701

Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

BAKI, 15 dek-Sputnik. Dekabr 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib.

Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun Protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.

Teqlər:
Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Yüksək Səviyyəli Hərbi Dialoq, Türkiyə, Azərbaycan

Əsas mövzular