11:29 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
46611

Ölüm ayağında olan qız: Böyük qardaşım! Kədərlənmə, biz yenə birlikdə olacağıq.

BAKI, 13 dek — Sputnik. Bəşər Əsəd rejiminin havadan bombaladığı Hələb şəhərində aclıq və səfalət hökm sürür. Xarabalığa çevrilən şəhərdən gələn ən son xəbər isə ürəkləri dağlayıb. Ağır bombardıman sonrasında bir çox ailə üzvlərini itirən suriyalı körpə qızın ölümündən öncə yazdığı vəsiyyət, insanlığın hansı səviyyəyə düşdüyünü, vicdanların necə korlandığını bir daha göstərir.

Aclıq və xəstəlik səbəbilə ölümcül virusa yoluxan körpə qız çəkdiyi şəkildə özünü tabutun içində təsvir edərək anasına yazıb:

"Bu mənim vəsiyyətimdir, əziz ana. Canım anam! Səndən mənim gözəl gülüşlərimi xatırlamağını və yatağımı olduğu kimi saxlamağını istəyirəm. Və sən gözəl bacım! Rəfiqələrimə de ki: 'O aclıqdan öldü. Və sən böyük qardaşım! Kədərlənmə, biz yenə birlikdə olacağıq. Biz acıq dediyimiz günləri xatırla! Ey ölüm mələyi! Tələs və ruhumu al ki artıq cənnətə gedim və orada yemək yeyim. Mən çox acam. Və ey ailəm! Mənim üçün qorxmayın. Mən sizin yerinizə də cənnətdə çoxlu yemək yeyərəm!"

Körpə qızcığazın ölümündən əvvəl yazdığı bu vəsiyyət sosial şəbəkələrdə izlənmə rekordu qırıb.

Əsas mövzular