CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR: İtkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb

© youtube.comКаспийское море
Каспийское море - Sputnik Azərbaycan
Abunə olmaq
Dənizin üzərində sadəcə itkin düşənlərin gödəkçələri tapılıb.

BAKI, 6 dek-Sputnik. Bütün cəhdlərə baxmayaraq, əfsuslar olsun ki, SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Sputnik xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib.

"Bir müddət öncə dənizdə olan qərargahımızla danışdım. SOCAR-ın prezidenti Rövnəq Abdullayev özü də qərargahdadır. Əsas xilasetmə işləri ilə Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ərazidə işləyən bütün gəmiləri məşğuldur. Dənizin üzərində gödəkçələr tapılıb. Xilasedicilər həmin əşyaları götürdü. Bununla yanaşı, suyun üzərində xilasetmə qayığının sınan bir hissəsi aşkarlanıb. Əfsuslar olsun ki, itkin düşən əməkdaşlamızdan tapılan olmayıb", — deyə X. Məmmədov bildirib.

O əlavə edib ki, platformadakı yanğın söndürülüb, lakin qaz quyusundakı yanğını söndürmək mümkün olmayıb: "Bilirsiniz ki, bizim əməkdaşlarımız artıq özülün üzərinə qalxa bilib. Qiymətləndirmə işləri aparılıb, müvafiq işlər görülüb".

Onun sözlərinə görə, axtarış tədbirləri davam edir.

X. Məmmədov qeyd edib ki, yanğından sonra təxliyə olunan 8 nəfər xəsəxanadadır, 22-si isə xəstəxanadan buraxılıb: "Buraxılan 1 nəfər geri qayıdıb. Səhhətində problem yaranıb. Ümumən, həkimlər xəstələrin səhhətini normal qiymətləndirir. Hesab edirik ki, yaxın müddət ərzində digər zərərçəkənlər də evlərinə buraxılacaq".

Vitse-prezident əlavə edib ki, dekabrın 4-də saat 12:30 radələrində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən 3 neftçinin də axtarışı davam edir.

Operativ qərargahda hər 3 saatdanbir KİV üçün brifinq keçirilir. Brifinqdə itkin düşən neftçilərin tapılması istiqamətində aparılan axtarış təbdirlərinin nəticələri, o cümlədən, platformadakı yanğının söndürülməsi ilə bağlı son məlumatlar açıqlanır.

Xəbər lenti
0